VAKANSİYA

“AGBank” işçi axtarır- VAKANSİYA
23 SENTYABR
2642

“AGBank” işçi axtarır- VAKANSİYA

2016-09-23 22:00:00
“AGBank” şəbəkə administratoru vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, işcilərin sayı 500 nəfərdən artıq və coğrafı infrastruktura malik olan təşkilatda ən azı 3 il aparıcı şəbəkə administratoru vəzifəsində çalışan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 22-dir. 
 Tələblər:
- Ali təhsil
- İşcilərin sayı 500 nəfərdən artıq və coğrafı infrastruktura malik olan təşkilatda ən azı 3 il aparıcı şəbəkə administratoru iş təcrubəsi.
- Cisco avadanlıqlar üzrə təcrübə (routers, switches, asa/pix firewall).
- HP avadanlığı üzrə təcrübə.
- LAN/WAN şəbəkə texnologiyaları haqqında biliklər və işləmə qabiliyyəti.
- CUCM və voip texnoloqiyaları,  IPSec / VPN texnoloqiyaları (site-to-site vpn / remote access vpn),  dinamik routing protokolları üzrə biliklər (rip, ospf, eigrp).
- Şəbəkədə yaranan nasazlıqların aradan qaldırılması, qəza vəziyyətinin bərpası.
- Seritifikatlar: CCNA / CCNP
- Azərbaycanın rayonlarına səyahət etmək imkanı.
- Diqqətlilik.
- Ünsiyyət qurma bacarığı.
- İcraedici.
Vəzifə öhdəlikləri:
  • Korporativ şəbəkə infrastrukturasını administrasiyası
  • Şəbəkə avadanlıqlarını konfiqurasiya etmək
  • Şəbəkə avadanlığın monitorinqi və nəzarəti.
  • Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqə yaratmaq
  • Şəbəkədə yaranan problemlərinin həlli və diaqnostikası
  • Avadanlığının quraşdırılması və sazlanması
  • Dəyişikliklərin sənədləşdirilməsi
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi gulluts@agbank.az (Güllü Səfərəliyeva) elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275