VAKANSİYA

“Azərbaycan Sənaye Sığorta” işçi axtarır - VAKANSİYA
20 SENTYABR
4540

“Azərbaycan Sənaye Sığorta” işçi axtarır - VAKANSİYA

2016-09-20 22:00:00

“Azərbaycan Sənaye Sığorta”müştəri xidmətləri koordinatoru (tibbi siğorta) vəzifəsinə işçi axtarır. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, ali tibbi təhsilli, müvafiq sahədə ən azı bir il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 19-dur.

İş haqqında məlumat

• Ali tibbi təhsilli olmalı; 
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi 
• MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı 
• Dil bilikləri: türk, ingilis, rus 
• Ünsiyyətçil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, punktual 
• Analitik düşüncə tərzi 
• İdarəetmə bacarığı 
• Kollektivdə işləmək qabiliyyəti

Tələblər

• Şirkətin xidməti, tarifi, prosedurlar və şirkətin satış kompaniyaları barədə müştərini məlumatlandırmaq 
• Müştəridən daxil olan şikayət və müraciətlərlə iş 
• Daxil olan məlumatların, məlumat bazasına daxil edilməsi 
• Sorğu və məmnuniyətlə bağlı, həmçinin məlumat xarakterli zənglərin həyata keçirilməsi 
• Sığorta olunmuş şəxslər tərəfindən edilən telefon zənglərinin qəbulu; 
• İlkin diaqnozun təyin edilməsi; 
• Sığorta olunmuş şəxslərin klinikalara istiqamətləndirilməsi; 
• Müştəri bazasının yaradılması 
• Hesabatların və prezentasiyaların hazırlanması
İş şərtləri

Növbəli iş qrafiki

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Müştəri Xidmətləri Koordinatoru (Tibbi sığorta)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275