VAKANSİYA

“Günay Sığorta” işçilər axtarır - VAKANSİYA
19 SENTYABR
2446

“Günay Sığorta” işçilər axtarır - VAKANSİYA

2016-09-19 21:00:00
“Günay Sığorta” şirkəti  müxtəlif vakansiyalar üzrə işə qəbul elan edib. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, hüquqşünas, korporativ satış şöbəsinin müdiri, korporativ satış üzrə mütəxəssis, fərdi satış şöbəsinin müdiri,satış mütəxəssisi və satış departamentinin direktoru vəzifələrinə işçi axtarılır. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 1-dir. Vakansiyalar üzrə tələblər və öhdəliklər belədir:
 
Vəzifə: Hüquqşünas
Namizədə tələblər:
- Hüquq üzrə ali təhsil;
- Hüquq üzrə minimum 1 il iş təcrübəsi; 
- Sığorta şirkətlərində təcrübəyə sahib olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl səviyyədə, rus və ingilis dillərini isə orta səviyyədə bilməli;
- Hüququn ümumi nəzəriyyəsini, AR-nın Mülki Məcəlləsini (xüsusilə sığorta və korporativ hüquq daxil olmaqla), Mülki Prosessual Məcəlləsini, Sığorta Fəaliyyəti haqqında Qanunvericiliyi, Kargüzarlığın əsaslarını, səhmdar cəmiyyətlər haqqında qanunvericiliyi, korporativ hüquq sahəsini, inzibati sahəsində nəzəri və praktik biliklər və məhkəmə işlərinin aparılması qaydalarını, eləcə də digər normativ aktları bilməli;
- Mütəmadi olaraq ezamiyyətdə ola bilməlidir.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
 
-Rəhbərliyin tapşırığı əsasında şirkətin hüquq və qanuni maraqlarını məhkəmələrdə,fiziki və hüquqi şəxslər qarşısında müdafiə işinin aparılması.
-Şirkətin tərəf müqabilləri ilə bağlanan müqavilə layihələrinin hazırlanması,təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirmək
-Sığorta hadisələri üzrə sənədlərə rəylərin verilməsi;
-Sığorta hadisələri zamanı subroqasiyaların idarə olunmasını qanunvericiliyin tələbinə əsasən təmin edilməsi;
-Məhkəmə və digər hüquq mühafizə orqanlarına, hüquqi şəxslərə hüquqi işlər (məhkəmə işləri) üzrə müraciətlərin göndərilməsi.
 
Vəzifə: Korporativ satış şöbəsinin müdiri
Namizədə tələblər:
-Sığorta qanunvericiliyini və satış texnikalarını bilməsi;
-Müştəriyönümlü və satışa meylli olması;
-Word, Excel və Internetdə işləmə bacarığının olması;
-Rəhbər vəzifədə ən azı bir illik iş təcrübəsinin və ya satış sahəsində 3 illik iş təcrübəsinin olması;
-Korporativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməsi;
-Azərbaycan və rus dillərini əla səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməsi
 
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Struktur bölmənin fəaliyyətinə rəhbərlik etmək;
-Şirkətin gəlir büdcəsi ilə müəyyən olunmuş korporativ satış planı üzrə sığorta haqqlarının yığılmasını təmin etmək;
-Korporativ müştərilərin cəlb edilməsi məqsədilə şöbədaxili planların hazırlanması və işçilər tərəfindən icra edilməsinə nəzarət etmək;
-Korporativ müştərilərlə əlaqələri genişləndirmək və gücləndirmək;
-Yeni korporativ müştərilər cəlb etmək;
-Müştərilərin iddia və təkliflərini nəzərdən keçirərək cavablandırmaq və lazım olduqda rəhbərliklə müzakirəyə çıxarmaq;
-Şöbəyə tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin  bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
-Şirkətin bütün əməkdaşlarının Korporativ satışlarla  əlaqədar sorğularını (tələb olunduqda) cavablandırmaq, daxili prosedurlarla müəyyən edilmiş digər vəzifələri, həmçinin İH sədri (sahə rəhbəri) və departament direktoru tərəfindən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək;

Vəzifə: Korporativ satış üzrə mütəxəssis
∙ Namizədə tələblər:
∙ Müştəriyönümlü, gülərüz, məsuliyyətli, sərbəst , özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən
∙ Yaş: 20-40
∙ Cins: Fərq etməz
∙ Təhsil: Ali və ya orta ixtisas
∙ Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır)

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
∙ Yeni korporativ müştəriləri cəlb etmək
∙ Mövcud Korporativ müştərilərlə əlaqələri möhkəmləndirmək
∙ Korporativ satış planını yerinə yetirmək
 
Vəzifə: Fərdi satış şöbəsinin müdiri
Namizədə tələblər:
-Sığorta qanunvericiliyini və satış texnikalarını bilməsi;
-Müştəriyönümlü və satışa meylli olması;
-Əlaqədar sahə üzrə iş təcrübəsinin olması;
-Word, Excel və Internetdə işləmə bacarığının olması;
-Rəhbər vəzifədə ən azı bir illik iş təcrübəsinin və ya satış sahəsində 3 illik iş təcrübəsinin olması;
-Korporativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməsi;
-Azərbaycan və rus dillərini əla səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməsi.
 
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Struktur bölmənin fəaliyyətinə rəhbərlik etmək;
-Şirkətin gəlir büdcəsi ilə müəyyən olunmuş fərdi satış planı üzrə sığorta haqqlarının yığılmasını təmin etmək;
-Müştərilər tərəfindən daxil olmuş sorğulara cavab verilməsini təmin etmək;
-Müştərilərin sorğularına əsasən sığorta şəhadətnamələrinin müddətinin artırılmasınının və ya dayandırılmasınının təmin edilməsini təşkil etmək;
-Ofisdən kənar satışların həyata keçirilməsinə nəzarət etmək;
-Satışdan sonra xidmətin həyata keçirilməsini təmin edilməsini təşkil etmək;
-Müştərilərin iddia və təkliflərini nəzərdən keçirərək cavablandırmaq və lazım olduqda rəhbərliklə müzakirəyə çıxarmaq;
-Şöbəyə tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin  bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək; 
 
Vəzifə: Satış üzrə mütəxəssis 
Namizədə tələblər:
∙ Müştəriyönümlü, gülərüz, məsuliyyətli, sərbəst , özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən
∙ Yaş: 20-35
∙ Cins: Fərq etməz
∙ Təhsil: Ali və ya orta ixtisas
∙ Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır)
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
∙ Yeni müştərilərin tapılması 
∙ Sığorta məhsullarının satışı
 
Vəzifə: Satış departamentinin direktoru
Namizədə tələblər:
-Ali təhsilli olması;
-Sığorta qanunvericiliyini və satış texnikalarını bilməsi;
-Analitik düşüncə qabiliyyətinin olması;
-Korporativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməsi;
-Word, Excel və Internetdə işləmə bacarığının olması;
-Rəhbər vəzifədə ən azı iki illik iş təcrübəsinin olması və ya sığorta satışı sahəsində ən azı 5 illik iş təcrübəsi;
-Azərbaycan və rus dillərini əla səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməsi.
 
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Departamentin işini təşkil etmək və işin icrasına nəzarət etmək;
-Şöbə və filialların satış planının icrasına nəzarət etmək;
-Ofisdən kənar satışların həyata keçirilməsini təmin etmək;
-Departamentin normativ bazasını hazırlamaq və təkmilləşdirmək;
-Müştərilərin iddia və təkliflərini nəzərdən keçirərək cavablandırmaq və lazım olduqda İH üzvləri ilə müzakirəyə çıxarmaq;
-Departament işçilərinin işinin qiymətləndirilməsini aparmaq;
-Departament işçilərinin vəzifələrinin keyfiyyətli və vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
-Satış prosesini nəzarətdə saxlamaq, çatışmamazlıqları müəyyənləşdirmək və aradan qaldırılması məqsədilə təkliflər vermək;
-Şirkətin bütün əməkdaşlarının satış ilə əlaqədar sorğularını (tələb olunduqda hüquqşünasın rəyi alınmaqla) cavablandırmaq, daxili prosedurlarla müəyyən edilmiş digər vəzifələri, həmçinin İH sədri, sahə rəhbəri və şöbə müdiri tərəfindən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək;
-Departamentin tərkibindəki şöbə müdirləri olmadıqda onların vəzifə öhdəliklərini yerinə yetirmək.
 
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV və video CV-ni hr@gunaysigorta.az ünvanına göndərsinlər.
Əlaqə telefonu: 990
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270