VAKANSİYA

“Xalq Bank” işçi axtarır - VAKANSİYA
18 SENTYABR
2979

“Xalq Bank” işçi axtarır - VAKANSİYA

2016-09-18 22:00:00

“Xalq Bank” Şamaxı filialına kiçik kassir /baş kassir vəzifələrinə işçi axtarır. Fins.az-ın məlumatına görə, Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsilli (və ya ona bərabər tutulan təhsil səviyyəsi), hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. 

Əməkhaqqı: 540 AZN-dən 1180 AZN-dək
İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə
Şəhər: Şamaxı
Qeyd: Bank təcrübəsi olmayan namizədlər əməkhaqqı 380 AZN ödənilməklə stajçı kassir götürülə bilər.

Namizədlərə dair tələblər:

  •          Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
  •          Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oölanlar üçün);
  •          Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  •          Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  •          Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  •          Riyazi hesablama aparmaq qabiliyyəti;
  •          Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
  •          Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  •          Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  •          İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  •          İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  •          Kompüter bilikləri. 

İşin təsviri:

  •          Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
  •          Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
  •          Nağd vəsaitlərin çeşidlənməsi;
  •          Bankomatların yüklənilməsi və boşaldılması.

Qeyd:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail : cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272