VAKANSİYA

“Rabitəbank” işçi axtarır - VAKANSİYA
18 SENTYABR
3378

“Rabitəbank” işçi axtarır - VAKANSİYA

2016-09-18 21:00:00

“Rabitəbank” “Müştəri xidməri” sahəsində gənc mütəxəssislərin hazırlanması proqramına start verir. Fins.az-ın məlumatına görə,  ali təhsilli, baza riyazi və məntiqi  bilikləri olan namizədlər proqramda iştirak edə bilərlər.

Gənc mütəxəssislərinin hazırlanması proqramının iştirakçıları aşağıdakı mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər:

Biznes etika anlayışı və korporativ davranış normalarının əsasları 

Müştəri xidmətləri prinsipləri və müştərilərlə iş

Bank məhsulları və onların satış prinsipləri

Plastik kartlar və onlar vasitəsilə əməliyyatların aparılması

Sürətli pul köçürmə sistemləri və onlarla iş prinsipləri  

SWIFT, XÖНKS-la iş prinsipləri

AR rezident və qeyri rezidentlərin valyuta əməliyyatlarının rejimi 

Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları. Sərəncamlarla iş

Mühasibat üçotonun əsasları və s.

Namizədlərə olan tələblər:

Ali təhsil  
Baza riyazi bilikləri və məntiq 
Ünsiyyət qurma və komandada işləmək bacarığı
Dəqiqlik, düzgünlük, məsuliyyətlilik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
İnsanlarla asanlıqla münasibət qurmaq bacarığı, gülərüz olması
Səlis danışıq və ozünü ifadə etmə bacarığı
Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dilini bilərlərə üstünlük verilir)

Proqramda müvəffəqiyyətlə iştirak etmiş və müsbət nəticələr əldə etmiş namizədlərə proqramın sonunda Rabitəbank ASC-dən sertifikat təqdim ediləcəkdir.

Gənc mütəxəssislərin hazırlanması proqramında iştirak etmək istəyən namizədlər career@rabitabank.com elektron ünvanına, e-mail mövzusu hissəsində “Müştəri xidməti üzrə təcrübə” qeyd edərək CV-lərini göndərə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272