VAKANSİYA

“Unibank” işçi axtarır - VAKANSİYA
17 SENTYABR
2970

“Unibank” işçi axtarır - VAKANSİYA

2016-09-17 22:00:00

“Unibank” merçendayzer vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 22-28 yaşlarında ali təhsilli, qeyd olunan sahə üzrə ən azı 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 6-dır.

Başlıca öhdəliklər və məsuliyyətlər
•  Təyin edilmiş ticarət məntəqələrinə verilmiş plana əsasən getmək; 
•  Ticarət məntəqələrində reklam vəsaitlərinin standartlara uyğun yerləşdirilməsini təşkil etmək və yeniləmək;
•  Bankın məhsul və xidmətləri barədə lazımı strukturlara məlumat vermək məlumat vermək; 
•  Ticarət məntəqələrində mütəmadi monitorinqləri həyata keçirmək; 
•  Gündəlik fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.


Namizədin Profili 
• Ali təhsil;
• Yaş həddi 22 – 28;
• Qeyd olunan sahə üzrə ən azı 1 il iş təcrübəsi;
• Sərbəst Azərbaycan dili bilikləri (Rus dili biliyi olanlara üstünlük veriləcək); 
• MS Excel proqramında sərbəst işləmək bacarığı;
• MS Word proqramı üzrə baza biliklər;
• Stress və aktiv iş şəraitində işləmək bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Müştəri yönümlülük; 
• Ezamiyyətlə bağlı problemləri olmayan (rayonlar);
• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə Unibank2@unibank.az elektron ünvanına göndərə bilərlər.Müraciət etdilən vəzifənin adı email-ın mövzu hissəsində (Merçendayzer) göstərilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272