VAKANSİYA

“Kapital Bank” işçi axtarır - VAKANSİYA
15 SENTYABR
2883

“Kapital Bank” işçi axtarır - VAKANSİYA

2016-09-15 22:00:00
“Kapital Bank” informasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, informasiya texnologiyarlari sahəsində ali təhsilli, informasiya texnlogiyaları sahəsində minimum 3 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 8-dir. 

İş barədə məlumat

- Bank sirrinin yayılması və bankın informasiya bazalarına kənar müdaxilələrin qarşısnın alınması məqsədi ilə monitorinqlərin keçirilməsi 
- Bankda informasiya təhlükəsizliyinin təmin edildiyi vasitələrin təhlilini aparmaq, mövcud qüsurların aradan qaldırılması istiqamətində işlər görmək 
- PCİ DSS standartlarının tələblərinə uyğun olaraq 24 saat ərzində hadisələrin jurnallarının saxlanılması və hadisələrin reaksiyası üzrə tədbirlər görmək 
- İnformasiya hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, təhlili və ümumiləşdirilməsi 
- İnformasiya təhlükəsizliyi hadisəsi haqqında alınmış informasiyanın təhlilinin aparılması və onun təsnifləşdirilməsi 
- İstifadəçilərin hüquqlarının dəyişdilməsi / istifadəçi adlarının ləğv edilməsi və ya yenisinin yaradılması 
- Windows Unix/Linux, MBIS Oracle istifadəçilərinin uçot qeydlərinin çoxsaylı bloklanmaların uçotu

Namizədə dair tələblər

Şəhər - Bakı

Yaş  - 23 - 30 yaş

- İnformasiya Texnologiyarları sahəsində ali təhsil 
- Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti 
- Vaxtın düzgün idarə edilməsi qabiliyyəti 
- Komanda tərkibində fərdi şəkildə işləmək qabiliyyəti 
- İnformasiya Texnlogiyaları sahəsində minimum 3 illik iş təcrübəsi 

Telefon - (012) 598-12-95
E-mail - hkc@kapitalbank.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271