VAKANSİYA

“NAR” işçi axtarır- VAKANSİYA
13 SENTYABR
3980

“NAR” işçi axtarır- VAKANSİYA

2016-09-13 22:00:00

“NAR” mobil operatoru pərakəndə satış üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edib. Fins.az-ın məlumatına görə, ali təhsilli, satış sahəsində 2-3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 23-dür.

Əsas vəzifə və öhdəliklər:

• Diler mağazalarında üçün nəzərdə tutulan materialların çeşidinə,ehtiyatına,xarici və daxili görünüşünə  nəzarət edir 
• Əvvəlcədən təyin olunmuş marşrut üzrə hər bir diler satış məntəqəsi yoxlanılır 
• Diler mağazalara Nar məhsullarının kampaniya və ya daimi şəkildə birbaşa satışının təşkil olunması 
• Nəzarət etdiyi hər satış nöqtəsi üçün təyin olunmuş nömrə və modem satış hədəflərinə çatmasına dəstək 
• Distribyutor və Dilerlərin əməkdaşlarının bilik səviyyəsini daimi inkişaf edir və ehtiyac olduqda onları təlim keçir
• Diler Mağazaları üçün nəzərdə tutulan POSM (reklam materialları) paylanmasını, yerləşdirilməsıni, dükanın vitrinlərinin səliqəli vəziyyətə salınmasını, bitmiş aksiyaların POSM-larını dükandan çıxarılmasını və yenilərlə əvəz edilməsin təmin edir 
• Nar işıqlı küçə reklam banerinin və digər reklam materiallarının xarici görünüşünə nəzarət edir
• Distribyutor tərəfindən yeni mağazalar kimi təklif olunan  satış nöqtələrinə baxış, qəbul və təhvil-təslim aktlarının hazırlanması, bağlı mağazalar haqqında məlumatın təqdim olunması
• Yeni diler satış məntəqələrində təmir prosesinə nəzarət və nəticələr haqqında məlumat vermək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü 
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü 
• Davamlı təkmilləşmə  
• Satış bacarığı
• Ünsiyyət qurma bacarığı
• Azərbaycan (Mükəmməl), Rus (Mükəmməl) və İngilis (orta) dillərini bilmək
• MS Office proqramlarını bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali Təhsil
• Satış sahəsində 2-3 il iş təcrübəsi

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
 

Müraciətlər hr@azerfon.az elektron ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275