VAKANSİYA

“DəmirBank” işçi axtarır- VAKANSİYA
12 SENTYABR
2440

“DəmirBank” işçi axtarır- VAKANSİYA

2016-09-12 21:00:00

“DəmirBank” Şəmkir filialı üzrə “Kredit eksperti” (Biznes Kreditləri üzrə) vəzifəsinə işəqəbul elan edir.Fins.az-ın məlumatına görə,  analitik təhlil qabiliyyətinə malik,MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı və satış qabiliyyəti olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.İşlə bağlı son müraciət tarixi sentyabr ayının 16-dir. 

Vəzifə öhdəlikləri:

• Bankın kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
• Biznes təhlilini aparmaq;
• Birbaşa marketinq funksiyasını həyata keçirmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
• Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
• Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
• Fəaliyyətinə dair hesabatlar vermək.

Namizədə dair tələblər:

• Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
• Analitik təhlil qabiliyyətinə malik olmaq;
• Satış qabiliyyətinə malik olmaq;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@demirbank.azelektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adı email-in mövzu hissəsində qeyd edilməlidir. 

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi:  (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274