VAKANSİYA

“Accessbank” işçi axtarır- VAKANSİYA
11 SENTYABR
2785

“Accessbank” işçi axtarır- VAKANSİYA

2016-09-11 22:00:00

“Accessbank”  kreativ dizaynervəzifəsinə işə qəbul elan edib. Bankdan  fins.az verilən məlumata görə, ali təhsilli (texniki və ya incəsənət),reklam/marketinq şirkətlərində 1 ildən başlayan dizayner sahəsi üzrə iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 20-dir.

Öhdəliklər:

• Reklam kampaniyaları üçün kreativ ideyaların təklifi, breynstorminqlərdə iştirak
• Promo-aksiyalar üçün təkliflərin hazırlanması və vizualizasiyası
• Müxtəlif kreativ materialların dizaynı və tərtibatı
• Maketin hazırlanmasından hazır məhsulun təhvil verilməsinədək  tam iş dövrü
• Bannerlərin, bilbordların, vərəqələrin, broşüraların, təqvimlərin dizayn hazırlanması
• Statik qrafik bannerlərin və dinamik flash-bannerlərin yaradılması
• Materialların çapa hazırlığı (prepress). Çap üsullarının xüsusiyyətlərinin biliyi, mətbəələrlə iş
• Fotosessiya və şəkillər üzərində iş

Tələblər:

• Ali təhsil (texniki və ya incəsənət)
• Reklam/marketinq şirkətlərində 1 ildən başlayan dizayner sahəsi üzrə iş təcrübəsi
• Kreativ düşüncə və yaradıcı yanaşma
• Mütləq Adobe Photoshop, Adobe Illustrator/CorelDRAW, Adobe InDesign proqramlarının biliyi (Autodesk 3D max biliyi arzu olunur)
• Şəkil çəkmək bacarığı (arzu olunur)
• Maketləşdirmə və kollaj yaratma bacarığı. Prepress biliyi
• Şəxsi keyfiyyətlər: Məsuliyyətlik, operativlik, diqqətlilik
• Portfolio ilə tanış olmaq imkanı mütləq yaradılmalıdır!

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər.CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət edilənvakansiyanın adını qeyd edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272