VAKANSİYA

“DəmirBank” işçilər axtarır - VAKANSİYA
06 SENTYABR
2380

“DəmirBank” işçilər axtarır - VAKANSİYA

2016-09-06 22:00:00

“DəmirBank” baş ofisinə vakansiyalar elan edib. Fins.az-ın məlumatına görə,  bankmaliyyə nəzarəti departamentində büdcə planlaşdirilmasi və təhlil şöbəsinə mütəxəssis və  daxili audit departamentinə “auditor” vakansiyası üçün namizədləri seçim prosesinə dəvət edir.İşlə bağlı son müraciət tarixi sentyabr ayının 12-dir. 

Büdcə Planlaşdırılması və Təhlil şöbəsinə mütəxəssis vakansiyası üzrə namizədə qarşı tələblər:
•    Ali təhsil (maliyyə, iqtisadiyyat və ya menecment sahəsi);
•    Maliyyə təhlilinin aparılması qabiliyyəti olmalı;
•    Büdcə planlaması sahəsində biliklərə sahib olmalı;
•    Analitik təhlil qabiliyyətinə sahib olmalı;
•    Komandada işləmək bacarığı olmalı;
•    Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı;
•    Microsoft Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel) olmalı.
               
Auditor vakansiyası üzrə namizədə qarşı tələblər:
•    Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
•    Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı;
•    Analitik təhlil qabiliyyətinə sahib omalı;
•    Microsoft Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel) olmalı;
•    Azərbaycan dilini mükəmməl səviyyədə, Rus və İngilis dillərində yaxşı səviyyədə bilməli;
•    Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi üzrə təcrübə olmalı;
•    Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında bilikləri olmalı;
•    Bank və risklərin idarəolunmasına dair biliklərə malik olmalı;
•    Bank əməliyyatlarının bütün aspektləri ilə tanışlığı olmalı;
•    Məsuliyyətli olmalı və faktların müəyyən edilməsi bacarığına sahib olmalı;
•    Hesabatın hazırlanması və yazılması bacarığı olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adı email-in mövzu hissəsində qeyd edilməlidir. 

Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi:  (012) 149
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274