VAKANSİYA

“Ziraat Bank Azərbaycan”   işçi axtarır- VAKANSİYA
04 SENTYABR
3715

“Ziraat Bank Azərbaycan”   işçi axtarır- VAKANSİYA

2016-09-04 22:00:00

“Ziraat Bank Azərbaycan” IT proqramlaşdırma vəzifəsinə işçi qəbulu elan edib. Bankdan fins.az-a verilən məlumata görə, ali texniki təhsilli, 3 ildən artıq iş proqramlaşdırma sahəsi üzrə  təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 30-dur.

Namizədə dair tələblər:

·         Texniki ali təhsil;

·         Bank sektorunda iş təcrübəsi;

·         3 ildən artıq iş proqramlaşdırma sahəsi üzrə təcrübə;

·         SQL, PL/SQL bilikləri;

·         ORACLE verilənlər bazası üzərində iş təcrübəsi;

·         JAVA, C, C++,C#,VISUAL PASCAL proqramlaşdırma dillərindən birini bilməli;

·         Rus və ingilis dili bilikləri;

·         Özgə kodu anlama bacarığı;

·         Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı.

 Əsas vəzifə öhdəlikləri:

·         Bankın istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı yeni dillərin və proqramlaşdırma texnologiyalarının öyrənilməsi;

·         Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi;

·         Proqram sənədləşməsinin yaradılması və müşayiəti;

·         Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi;

·         Məlumat emalı prosesində müxtəlif əməliyyatların yerinə yetirilməsi;

·         Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində İT PROQRAMLAŞDIRMA qeyd edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270