VAKANSİYA

“Kapital Bank” işçilər axtarır- VAKANSİYA
03 SENTYABR
4137

“Kapital Bank” işçilər axtarır- VAKANSİYA

2016-09-03 07:00:00
“Kapital Bank” məlumat xidməti (Bakı, Sumqayıt, Şamaxı) vəzifəsinə işçilər axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, bir il iş təcrübəsi olan, MS Office proqramları üzrə bilikləri  olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 2-dir. 

İş barədə məlumat

- Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması 
- Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi 
- Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi 
- Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi

Namizədə tələblər

- Ali təhsil 
- Səbirli, təmkinli, təzyiqə davamlı 
- Ünsiyyətqurma və izahetmə qabiliyyəti 
- Xarici dil bilikləri arzuolunandır 
- MS Office proqramları üzrə biliklər 
- Əla ünsiyyət bacarıqları 
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti 

E-mail - hkc@kapitalbank.az
Telefon - (012) 598-12-95

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272