VAKANSİYA

“Accessbank” işçi axtarır – VAKANSİYA
01 SENTYABR
2168

“Accessbank” işçi axtarır – VAKANSİYA

2016-09-01 22:00:00

“Accessbank”  marketinq mütəxəssisi vəzifəsinə işə qəbul elan edib. Bankdan  fins.az verilən məlumata görə, profil üzrə ali təhsilli (Marketinq, PR, Sosiologiya), marketinq, sosial tədqiqatlar sahəsində iş təcrübəsi (kəmiyyət və keyfiyyət araşdırmalarında, reklam və PR sahəsində iş təcrübəsi)olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 20-dir.

Öhdəliklər:

• Marketinq, reklam, PR aksiyaları və şirkət məhsullarının irəliləməsi üçün keçirilən aksiyaların planlaşdırılması, təşkili, nəzarəti və effektivliliyin təhlili, onların təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması, hesabatların hazırlanması
• Bank məhsullarının irəliləməsi üçün kontent strategiyasının hazırlanması və reallaşdırılmasında fəal iştirak
• Şirkət daxilində müxtəlif şöbələrlə və xarici podratçılarla işlərin koordinasiyası
• Daxili və xarici layihələr üçün sloqanların yaradılması
• Filiallarda reklam aktivliyinin koordinasiyası
• Brendın və məhsulların irəliləyişi üçün yeni kanalların axtarışı və inkişafı

Tələblər:

• Profil üzrə ali təhsil (Marketinq, PR, Sosiologiya)
• Marketinq, sosial tədqiqatlar sahəsində iş təcrübəsi (kəmiyyət və keyfiyyət araşdırmalarında, reklam və PR sahəsində iş təcrübəsi)
• Azərbaycan dilinin qrammatika və leksikasını dərindən biliyi və düzgün tətbiq edilməsi. İngilis və rus dillərində bilən namizədlərə üstünlük verilir
• Analitik düşüncə tərzi, təşəbbüskarlıq, müstəqillik, məsuliyyət, proaktivlik
• Marketinqin üsulları və strategiyalarının biliyi
• Kreativlik, məsuliyyət, ünsiyyətçilik

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər.CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət edilən vakansiyanın adını qeyd edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272