VAKANSİYA

AZAL stüardessa axtarır
01 SENTYABR
1654

AZAL stüardessa axtarır

2016-09-01 12:38:00

"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu sentyabrın 1-dən oktyabrın 1-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. 

Müsabiqədə yalnız  18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);             

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa). 

Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır. Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274