VAKANSİYA

“Atəşgah Sığorta” işçi axtarır – VAKANSİYA
29 AVQUST
2555

“Atəşgah Sığorta” işçi axtarır – VAKANSİYA

2016-08-29 22:00:00

“Atəşgah Sığorta”  telemarketinq şöbəsinin operatoru vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 22-35 yaşlarında ali təhsilli, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində)təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Namizədə dair tələblər

  •          Yaş: 22-35
  •          Cinsi: kişi və ya qadın
  •          Təhsil: Ali
  •          İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
  •          Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
  •          Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər 

  •          Ünsiyyət qurmaq bacarığı
  •          Yüksək nitq mədəniyyəti
  •          Yüksək təqdimat bacarığı
  •          Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı   

Əsas vəzifə öhdəlikləri

  •          Telefoniya vasitəsilə sığorta məhsullarının satışı
  •          On-layn alış və sorğuların cavablanması və monitorinqi
  •          Marketinq araşdırmaları məqsədilə zənglərin edilməsi 

İş şərtləri

  •          Əmək müqaviləsi bağlanılır
  •          İş vaxtı 10:00 - 18:00 : 6-cı gün 11:00-18:00
  •          İş günü 6/1
  •          Sabit əmək haqqı 350 AZN
  •          Üç aylıq sınaq müddətindən sonra əmək haqqı 400 AZN+bonus

Maraqlananlar öz CV formalarını recruiting@ateshgah.com ünvanına göndərə bilərsiniz (məktubun mövzu bölməsində adını qeyd etmək mütləqdir )Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272