VAKANSİYA

"Amrah Sığorta" işçi axtarır – VAKANSİYA
29 AVQUST
1792

"Amrah Sığorta" işçi axtarır – VAKANSİYA

2016-08-29 21:00:00

"Amrah Sığorta" aktuari vəzifəsinə  işçi qəbulu elan edir. Şirkətdən fins.az-a verilən məlumata görə, ali riyazi təhsilli və müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

İş haqqında məlumat:

  •             Hər bir sığorta sinfi üzrə sığorta ehtiyatlarının hesablanması
  •             Hər bir sığorta sinfi üzrə və ümumi sığorta portfeli üzrə zərərlik dərəcəsinin hesablanması
  •             Bütün sığortalar üzrə tarifləri hazırlamaq və təklifləri etmək
  •             Gündəlik olaraq zərərlər jurnalı hazırlamaq
  •             Sığortaçının məcmu kapitalının və öz vəsaitinin hesablanması
  •             Sığorta sinifləri üzrə sığorta tarifinin hesablanması

Tələblər:

  •             Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
  •             MC Office proqramları;
  •             Dil bilikləri: ingilis, rus
  •             Aktuari lisenziyası olmalı
  •             Sığorta qanunlarını bilməli
  •             Qərar vermə qabiliyyəti, məsuliyyətli olmalı
  •             Analitik düşüncə tərzi

İş şərtləri

  •             Həftə içi 5 gün, saat 09.00-18.00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini job@amrahsigorta.az elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272