VAKANSİYA

“InvestAZ” işçi axtarır – VAKANSİYA
28 AVQUST
1628

“InvestAZ” işçi axtarır – VAKANSİYA

2016-08-28 22:00:00

“Invest AZ” investisiya şirkəti maliyyə xidmətləri üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli,müvafiq sahədə ən azı 1-3 il iş stajı olan, Forex sahəsini yaxşı bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 23-dür. 

 Namizədə dair tələblər:

Təhsil : Ali (mütləq)
- İş stajı : müvafiq sahədə ən azı 1-3 il
- Dil biliyi : Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini bilənlərə üstünlük verilir
- Kompüter biliyi: MS Office (yüksək səviyyədə)
- Yüksək analitika qabiliyyəti
- Yüksək ünsiyyət və təqdim edmə bacarıqları
- FOREX sahəsi haqqında bilikləri olanlara üstünlük verilir
- Maliyyə xidmətləri sahəsində satışın psixologiyası və prinsiplərin yaxşı bilmək
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq

İş haqqında məlumat:

- Şirkətin məhsul və xidmətlərinin təşkili və aparılması;
- Potensial müştərilərin cəlb edilməsi;
- Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlili;
- Müştərilərdən daxil olan şikayət və problemlərə operativ baxılması;
- Satışın rüblük / illik planının tərtib edilməsi və satış statistikasının təhlili

Maraqlananlar CV-lərini  hr@investaz.net elektron poçt ünvanına göndərə bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275