VAKANSİYA

“İcbari Sığorta Bürosu” işçi axtarır – VAKANSİYA
28 AVQUST
2374

“İcbari Sığorta Bürosu” işçi axtarır – VAKANSİYA

2016-08-28 21:00:00

 “İcbari Sığorta Bürosu” referent (resepşn) vəzifəsinə işçi qəbulu elan edib. Fins.az-ın məlumatına görə, ali təhsilli, Azərbaycan və rus dillərində əla səviyyədə, İngilis dilində yaxşı səviyyədə bilən, stress altında işləmək qabiliyyəti olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 10-dur. 

İşin təsviri:

• Daxil olan korrespondensiyanın qəbul edilməsi, qeydiyyatının aparılması və icraçılara çatdırılması;
• Daxil olan sənədlərin icra müddətinə nəzarət edilməsi, icra olunmuş sənədlərin icraçılardan geri alınması;
• Daxil olan sənədlər üzrə qovluqların hazırlanması;
• Göndərilən sənədlərin qeydiyyatının aparılması;
• Poçt göndərişlərinin siyahısı üzrə rabitə xidməti tərəfindən hər ayın sonunda təqdim edilmiş hesabatlarda əks olunan məlumatların düzgünlüyünün yoxlanılması, göndəriş dəyərinin müəyyənləşdirilməsi;
• Rəsmi elektron poçt ünvanına daxil olan müraciətlərin qəbul edilərək aidiyyəti üzrə icraçılara çatdırılması;
• Elektron poçt ünvanına daxil olan müraciətlərin icra müddətinin daimi nəzarətdə saxlanılması, müraciətlər üzrə hazırlanmış cavabların sorğu verən şəxslərə göndərilməsi;
• Sənədlərin mətninin hazırlanması, çap edilməsi, tələb edilən sənədlərin skan olunması və surətlərinin çıxarılması;
• Daxil olan zənglərin qəbul edilməsi;
• İclas və müşavirələrin hazırlanması;
• Ofisə gələn qonaqların qarşılanması və s.

Namizədə dair tələblər:

• ali təhsil);
• Azərbaycan və rus dillərində əla səviyyədə, İngilis dilində yaxşı səviyyədə bilmə;
• MS Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı;
• Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;
• Stress altında işləmək qabiliyyəti və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 10.09.2016 – cı il tarixinədək kabbasova@isb.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275