VAKANSİYA

“Group Motors” işçi axtarır – VAKANSİYA
27 AVQUST
2648

“Group Motors” işçi axtarır – VAKANSİYA

2016-08-27 21:00:00

Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeri“Group Motors” şirkəti   Satış üzrə Məsləhətçi vəzifəsinə işçi qəbulu elan edir.Fins.az-ın məlumatına görə, 25-40 yaşlarında ali təhsilli, avtomobil sahəsində minimum 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 23-dür.
 
Vəzifə öhdəliklər:

• Müştəriləri cəld və gülərüz qarşılamaq;
• Müştərilərə professional xidmət göstərmək;
• Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
• Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
• Məhsulu müştəriyə təqdim etmək və satınalma ilə müştərinin ehtiyacları arasındakı əlaqələri uyğunlaşdırmaq;
• Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmək: əyani nümayişlər, kataloqlar, reklam materialları, statistik məlumatlar və istinadlar, qiymətlər, məhsulun çatdırılma vaxtı və xərcləri, ödəniş şərtləri və satışdan sonra xidmətlər;
• Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt və ya internet vasitəsilə əlaqə saxlamaq;
• Nağd və elektron formada ödənişlərin, o cümlədən kreditlər üzrə ödənişləri həyata keçirilməsinə yardım etmək və şirkətin siyasəti çərçivəsində kreditləri razılaşdırmaq;
• Təlimatlara uyğun olaraq satış üzrə statistik məlumatlar hazırlamaq və təqdim etmək;
• Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq;
• Görülən işlərə və əldə edilən nəticələrə dair dövri hesabatlar vermək;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.
 
Namizədlərə tələblər:
 
• Yaş: 25-40;
• Ali təhsil;  
• Avtomobil sahəsində iş təcrübəsi (min. 1 il);
• MS Office proqramlarında işləmə bacarığı;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma;
• Qərarvermə qabiliyyəti.
 
  Vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Satış üzrə Məsləhətçi" qeyd etməklə  cv@groupmotors.az elektron poçt ünvanına göndərməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270