VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANASİYA
26 AVQUST
1951

“DəmirBank” işçi axtarır – VAKANASİYA

2016-08-26 22:00:00

“DəmirBank” Masallı filialına xəzinədar vəzifəsinə   işəqəbul elan edir. Fins.az-ın məlumatına görə, ali təhsilli (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir), xəzinədar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi  sentyabr ayının 1-dir. 

Vəzifə öhdəlikləri:

• İş gününün əvvəlində filial müdiri və filialın mühasibi ilə birgə kassanın açılması, nəğd pul vəsaitlərini və digər qiymətlilərin mövcudluğunun sayılaraq yoxlanılması;
• Gün ərzində kassaya daxil olan nağd pulların elan blankı ilə qəbul edilməsi, pulların həqiqiliyinin,dövriyəyə yararlığının yoxlanılması;
• Bankın təyin etdiyi məzənnə əsasında müştərilərlərin valyuta-mübadilə əməliyyatlarının aparılması, mübadilə əməliyyatı üzrə çıxarışın surətini imzalayib müştəriyə təqdim edilməsi; 
• Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən qalıq çıxarılması; və faktiki qalıq məbləği ilə yoxlanılması;
• Kassa limitindən cox olan qalıq məbləğinin Bankın Pul anbarına və yaxud MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və təhvil verilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
• Xəzinədar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsinə malik olmalı;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək kimi xususiyyətlərə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.Müraciət edilən vəzifənin adı  email-in mövzu hissəsində “Masallı filialına – Xəzinədar” şəklində göstərilməlidir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272