VAKANSİYA

“TBC Kredit” işçi axtarır – VAKANSİYA
26 AVQUST
1431

“TBC Kredit” işçi axtarır – VAKANSİYA

2016-08-26 21:00:00

“TBC Kredit”  kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Fins.az-ın məlumatına görə, ali təhsilli, müştərini cəlbetmə bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 10-dur.

Öhdəliklər:

• Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
• Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
• Şirkətin daxili sistemini öyrənmək
• Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
• Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək
• Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək
• Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayyəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək

Tələblər:

• Ali təhsil
• Azərbaycan dilində səlist danışıq qabiliyyəti
• Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Müştərini cəlbetmə bacarığı

Müraciət etmək istəyənlər CV-ləri e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim edə bilərlər. E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit Mütəxəssisi).  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270