VAKANSİYA

“Günay Sığorta” işçi axtarır – VAKANSİYA
24 AVQUST
1749

“Günay Sığorta” işçi axtarır – VAKANSİYA

2016-08-24 22:00:00

“Günay Sığorta” hüquqşünas vəzifəsinə işçi axtarır. Şirkətdən fins.az-a verilən məlumata görə, ali hüquq təhsilli, hüquq üzrə minimum 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Namizədə dair tələblər:

- Hüquq üzrə ali təhsil;
- Hüquq üzrə minimum 1 il iş təcrübəsi; 
- Sığorta şirkətlərində təcrübəyə sahib olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl səviyyədə, rus və ingilis dillərini isə orta səviyyədə bilməli;
- Hüququn ümumi nəzəriyyəsini, AR-nın Mülki Məcəlləsini (xüsusilə sığorta və korporativ hüquq daxil olmaqla), Sığorta Fəaliyyəti haqqında Qanunvericiliyi, səhmdar cəmiyyətlər haqqında qanunvericiliyi, korporativ hüquq sahəsini, məhkəmə işlərinin aparılması qaydalarını bilməli;
- Mütəmadi olaraq ezamiyyətdə ola bilməlidir.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat 

-Rəhbərliyin tapşırığı əsasında şirkətin hüquq və qanuni maraqlarını məhkəmələrdə,fiziki və hüquqi şəxslər qarşısında müdafiə işinin aparılması
-Şirkətin tərəf müqabilləri ilə bağlanan müqavilə layihələrinin hazırlanması,təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirmək
-Şirkətin tərəf müqabilləri ilə bağlanan müqavilə layihələrinin hazırlanması,təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirmək
-Sığorta hadisələri üzrə sənədlərə rəylərin verilməsi
-Sığorta hadisələri zamanı subroqasiyaların idarə olunmasını qanunvericiliyin tələbinə əsasən təmin edilməsi
-Məhkəmə və digər hüquq mühafizə orqanlarına, hüquqi şəxslərə hüquqi işlər (məhkəmə işləri) üzrə müraciətlərin göndərilməsi.

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV və video CV-ni office@gunaysigorta.in-baku.com ünvanına göndərsinlər. 

Telefon: 990

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271