VAKANSİYA

"Azərbaycan Sənaye Sığorta" şirkəti işçi axtarır – VAKANSİYA
24 AVQUST
1578

"Azərbaycan Sənaye Sığorta" şirkəti işçi axtarır – VAKANSİYA

2016-08-24 21:00:00

"Azərbaycan Sənaye Sığorta" aktuari vəzifəsinə  işçi qəbulu elan edib. Şirkətdən fins.az-a verilən məlumata görə, Ali riyazi təhsilli və Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

İş haqqında məlumat:

  •          Hər bir sığorta sinfi üzrə sığorta ehtiyatlarının hesablanması
  •          Hər bir sığorta sinfi üzrə və ümumi sığorta portfeli üzrə zərərlik dərəcəsinin hesablanması
  •          Bütün sığortalar üzrə tarifləri hazırlamaq və təklifləri etmək
  •          Gündəlik olaraq zərərlər jurnalı hazırlamaq
  •          Sığortaçının məcmu kapitalının və öz vəsaitinin hesablanması
  •          Sığorta sinifləri üzrə sığorta tarifinin hesablanması

Tələblər:

  •          Ali riyazi təhsilli olmalı;
  •          Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
  •          MC Office, İnsure.az, 1 C proqramlarında yüksək səviyyədə işləmə bacarığı
  •          Dil bilikləri: türk, ingilis, rus
  •          Aktuari lisenziyası olmalı
  •          Bütün növ sığorta qanunlarını bilməli
  •          Qərar vermə qabiliyyəti, məsuliyyətli olmalı
  •          Analitik düşüncə tərzi

İş şərtləri

  •          Həftə içi 5 gün, saat 09.00-18.00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270