VAKANSİYA

“Vijn Fond AzərKredit” işçi axtarır – VAKANSİYA
23 AVQUST
1505

“Vijn Fond AzərKredit” işçi axtarır – VAKANSİYA

2016-08-23 22:00:00

“Vijn Fond AzərKredit” Göyçay filialına inzibati işlər üzrə mütəxəssis vəzifəsinə işçi qəbulunu elan edir. Kredit təşkilatından fins.az-a verilən məlumata görə,ali təhsilli, müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 5-dir.

 Əsas vəzifə  öhdəlikləri:

• Telefon və faksla vasitəsilə aparılan əlaqələndirmə işlərini həyata keçirmək;
• Müştəriləri filialda qarşılamaq və lazımi məlumat vermək; 
• İşə davamiyyət cədvəlini və tələb olunan digər hesabatları hazırlamaq;
• Müştəri məlumatlarını toplamaq və sənədlərinin qovluqlarda saxlanılmasını təmin etmək;
• Ofis təchizatını idarə etmək;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədə dair tələblər:

• ali təhsil dərəcəsi;
• müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
• Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
• Kompüterdə (Outlook, MS Word, Excel) sərbəst işləmək, məlumat bazası ilə işləmək bacarığı;
• Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
• Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
• Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
• Təşkilatın missiyasına sadiqlik.
 
Maraqlı namizədlərAzərKredit-in iş üçün anket formasını dolduraraq 05 sentyabr 2016-cı il tarixinədək e-mail (hr@azercredit.az) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etməlidirlər.E-məktubunuzun mövzu hissəsində ‘İnzibati işlər üzrə Mütəxəssis-Göyçay’ göstərilməlidir.  İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
 

E-ünvan: hr@azercredit.az   Fax: (+994 12) 597 30 39

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274