VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANSİYA
22 AVQUST
1274

“DəmirBank” işçi axtarır – VAKANSİYA

2016-08-22 21:00:00

“DəmirBank” Şəmkir filialına istehlak kreditləri üzrə ekspert vəzifəsinə işəqəbul elan edir. Fins.az-ın məlumatına görə, satış və analitik təhlil qabiliyyətinə malik olan, MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi  avqust ayının 29-dur. 

Vəzifə öhdəlikləri:

• Bankın kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
• Birbaşa marketinq funksiyasını həyata keçirmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
• Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
• Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
• Fəaliyyətinə dair hesabatlar vermək.

Namizədə dair tələblər:

• Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
• Analitik təhlil qabiliyyətinə malik olmaq;
• Satış qabiliyyətinə malik olmaq;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 avqust 2016-cı il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Şəmkir filialı - İstehlak kreditləri üzrə ekspert” şəklində göstərilməlidir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272