VAKANSİYA

“Vijn Fond AzərKredit” işçi axtarır – VAKANSİYA
21 AVQUST
1124

“Vijn Fond AzərKredit” işçi axtarır – VAKANSİYA

2016-08-21 21:00:00

“Vijn Fond AzərKredit” hüquqşünas (Cəlilabad,Yardımlı,Masallı,Goranboy,Ağcakənd, Ağcabədi, Zərdab, Beyləqan) vəzifəsinə işçi qəbulunu elan edir. Kredit təşkilatından fins.az-a verilən məlumata görə,ali hüquq təhsilli(magistr dərəcəsi olanlara üstünlük veriləcək), hüquqşünas vəzifəsində ən azı 2 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 31-dir.

Əsas vəzifə və öhdəlikləri:

• Departament Direktorunun ümumi nəzarəti və rəhbərliyi altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, Azərkreditin daxili hüquqi təminat, ekspertiza və təhlil işinin aparmaq;
• Departament Direktorunun tapşırığı əsasında AzərKreditin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək;
• Tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin və digər sənədlərin hüquqi ekspertizasının həyata keçirimək;
• Departament Direktorunun tapşırığı əsasında İşəgötürənin filial və nümayəndəlikərinin yerləşdiyi regionlara mütəmadi səfərlər etmək və ya digər işləri həyata keçirmək;
• AzərKreditin müştərilərə verdiyi kreditlər üzrə yaranmış gecikmələrin və problemlərin həlli məqsədilə məhkəmədən öncə, məhkəmədənkənar və məhkəmə qaydasında işin aparılmasını təmin etmək;
• AzərKreditin Cəlilabad, Yardımlı, Masallı, Goranboy, Ağcakənd, Ağcabədi, Zərdab, Beyləqan filiallarında hüquqi işlərin gedişatını izləmək və işləri lazımı qaydada aparılması barədə müvafiq menecerlərlə işi koordinasiya etmək;
• Əmək funksiyalarına uyğun AzərKredit rəhbərliyinin və Departament Direktorunun digər tapşırıqlarını yerinə yetirmək
• Təşkilatın fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədə dair tələblər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Hüquqşünas vəzifəsində ən azı 2 illik iş təcrübəsi; 
• Mülki-prosessual hüquq sahəsində və ya kredit borclarının yığılması sahəsində ən azı 1 illik iş təcrübəsi;
• Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini əla bilmək;
• Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
• Təşkilatın missiyasına sadiqlik.
 
Maraqlı namizədlərdən xahiş olunur ki, anket formasını dolduraraq 31 avqust 2016-cı il tarixinədək e-mail (hr@azercredit.az) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.E-məktubunuzun mövzu hissəsində ‘(Hüquqşünas(müvafiq filial)’’ göstərilməlidir. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

E-ünvan: hr@azercredit.az  Fax: (+994 12) 597 30 39   www.azercredit.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272