VAKANSİYA

“Bank of Baku” işçi axtarır – VAKANSİYA
20 AVQUST
1961

“Bank of Baku” işçi axtarır – VAKANSİYA

2016-08-20 22:00:00

“Bank of Baku” bank sistemləri departamentinin eksperti vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali texniki təhsil, bank sistemlərinin inkişafı sahəsində davamlı iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 15-dir.

Əsas vəzifə öhdəlikləri:

- Riyazi modellər və alqoritmlər əsasında qoyulan tapşırıqların yerinə yetirilməsini təmin edən proqramlar işləyib hazırlayır
- Məsələnin həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsini, proqramların sazlanmasına hazırlıq işlərini və sazlanmanı həyata keçirir
- Proqramların onların funksional təyinatına uyğunluğunun tam şəkildə yoxlanması üçün yoxlama nümunələri verilənlərinin həcm və məzmununu müəyyən edir 
- İsitfadəyə verilmiş proqram və proqram vasitələrinin müşayiətini həyata keçirir
- Proqramlaşdırma avtomatizasiyası üsul və vasitələrini, tipik və standart proqram vasitələrini  işləyib hazırlayır və tətbiq edir, hesablama proseslərinin unifikasiyası və tipizasiyası üzrə işləri həyata keçirir
- Proqram arxitekturasını işləyib hazırlayır

Namizədə dair tələblər:

- Ali texniki təhsil
- Bank sistemlərinin inkişafı sahəsində davamlı iş təcrübəsi
- Oracle, MS SQL və ya PostgreSQL üzrə bacarıqlar
- Azərbaycan dili və rus dili üzrə əla səviyyədə biliklər
- Problemə yönəlik anatilik düşünmə tərzi

İş şərtləri

- İş vaxtı: 5 iş günü, 09.00-18.00 
- İş yeri: Əməliyyat Mərkəzi

Uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində Bank sistemləri sözünü qeyd edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272