“PAŞA Sığorta” tibbi assistans xidməti üzrə məsləhətçi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali tibbi təhsilli, tibbi təcrübəsi və ya tibbi sığorta sektorunda təcrübəolan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
1. Növbətçilik ərzində sığorta olunmuş şəxslərə tibbi sığorta ilə bağlı məsləhətlərin verilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı, sığorta hadisələri üzrə müraciətlərin tənzimlənməsi;
2. Sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçiminə kömək. Sığorta olunanların hospitalizasiyasının təşkili;
3. Məlumat bazasına məlumatların daxil edilməsi.
Namizədə dair tələblər:
Təhsil: Ali tibbi təhsil
İş təcrübəsi: Tibbi təcrübə və ya tibbi sığorta sektorunda təcrübə arzuolunandır
Biliklər: Azərbaycan, rus, ingilis dili, Microsoft Office
Xüsusi bacarıqlar: Tibbi biliklər
Şəxsi keyfiyyətlər: Müştərilərlə asan kommunikasiya yaratma bacarıqları, çalışqanlıq, diqqətlik,təmkinlik, komandada çalışma bacarıqları
Müraciət edənlər vəzifəni “subject” sətirində qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.