VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA
19 AVQUST
2148

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA

2016-08-19 21:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası informasiya texnologiyalari idarəsinin rəisi işçi qəbulu elan edib. Fins.az-ın məlumatına görə, tam ali təhsilli (İqtisadiyyat, İT),analoji sahə üzrə 6 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 15-dir.

 Namizədə dair tələblər
- Tam ali təhsil (İqtisadiyyat, İT);
- Analoji sahə üzrə 6 ildən çox iş təcrübəsi; idarəetmə təcrübəsi;
- Səlis Azərbaycan, rus və ingilis dili bilikləri;
- AİS-in idarə edilməsi sahəsində müasir proqram və texniki platforma üzrə nəzəri və praktiki biliklər; 
- informasiya sistemlərinin yaradılması üzrə layihələrin idarə edilməsi, texniki şərtlərin hazırlanması və müasir ofis proqram təminatları üzrə biliklər;
-  normativ-metodoloji bazanın yaradılması, informasiyaların idarəedilməsi və resursların planlaşdırılması üzrə biliklər.

İşin təsviri:
İT idarəsinin işini təşkil edir və ona rəhbərlik edir;
İT layihələrinin icrasına nəzarət edir;
İT üzrə daxili qayda və təlimatların hazırlanmasını təmin edir;
Sistem və verilənlər bazasının təhlükəsizliyini təmin edir.

Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini hr@fmsa.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272