VAKANSİYA

“Unibank” işçi axtarır – VAKANSİYA
16 AVQUST
1653

“Unibank” işçi axtarır – VAKANSİYA

2016-08-16 22:00:00

“Unibank” bank sistemlərinin proqramlaşdırılması qrupunun mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində),Oracle PL/SQL ilə minimum 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 4-dür.

Yerləşmə: Bakı

Sektor: İnformasiya Kommunikasiya Texnologiyaları /Bank

Vəzifə: Bank sistemlərinin proqramlaşdırılması qrupunun Mütəxəssisi

Departament: Proqramlaşdırma departamenti

Müqavilə şərtləri: Daimi

  
Başlıca öhdəliklər və məsuliyyətlər
 
• Bankın fəaliyyətinin müxətlif istiqamətlərinin avtomatlaşdırılması üçün texniki tapşırığa müvafiq olaraq proqramların, sistem utilitlərinin, servislərinin və digər sistem proqram təminatlarının işlənib hazırlanması;
• Proqramlaşdırma bölməsinin əməkdaşları tərəfindən işlənib hazırlanmış proqramların dəstəklənməsi və müşayiət edilməsi.

Namizədin Profili
 
• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
• Rus və Azərbaycan dilləri üzrə mükəmməl, ingilis dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə) 
• Oracle PL/SQL ilə minimum 2 il iş təcrübəsi
• SQL Tuning sahəsi üzrə biliklər
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Məsuliyyətlilik
• Ünsiyyət bacarığı
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 06.09.2016-cı il tarixinədək Unibank2@unibank.az elektron ünvanına göndərə bilərlər.Müraciət edilən vəzifənin adı email-ın mövzu hissəsində (Bank sistemlərinin proqramlaşdırılması qrupunun Mütəxəssisi) göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272