VAKANSİYA

“Vijn Fond AzərKredit” işçi axtarır – VAKANSİYA
16 AVQUST
1402

“Vijn Fond AzərKredit” işçi axtarır – VAKANSİYA

2016-08-16 21:00:00

“Vijn Fond AzərKredit” Bərdə nümayəndəliyi üzrə borc qaytarma üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. Kredit təşkilatından fins.az-a verilən məlumata görə, 25 yaşından yuxarı ali və ya orta ixtisas təhsilli,müvafiq (və ya kreditləşmə) sahədə ən azı 1 (bir) il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 31-dir.

  Əsas vəzifə öhdəlikləri:

• Region üzrə qaytarılmayan, silinmiş, yığım prosesində olan kreditlərlə iş, ödənişin təmin olunması üçün tədbirlər həyata keçirmək;
• Öz bacarıqları daxilində birbaşa Təşkilat tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin VF AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini VF AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Kredit ödənişlərinə yaxından nəzarət edir və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək.

Namizədə dair tələblər:

• 25 yaşından yuxarı;
• Təhsil: ali və ya orta ixtisas;
• Müvafiq (və ya kreditləşmə) sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
• Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
• Kompüterdə MS Word proqramlarında işləmək;
• Sürücülük bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq e-mail (hr@azercredit.az) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər. E-məktubunuzun mövzu hissəsində Borc Qaytarma üzrə Mütəxəssis və filialı mütləq göstərilməlidir. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

E-ünvan: hr@azercredit.az  Fax: (+994 12) 597 30 39        www.azercredit.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271