VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
15 AVQUST
1442

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2016-08-15 22:00:00

Bank “BTB” ASC-nin Biznesin inkişafı departamentinin Direktoru vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, ali iqtisadi və ya biznes sahəsi üzrə təhsilli, ən azı 3 il strateji planlaşma və ya biznes proseslərin idarə edilməsi sahəsində bank təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 9-dur.

 İş barədə məlumat:

– Bankın fəaliyyətinin dövlət orqanları ilə səmərəli qurulması üçün lobbiçilik işləri həyata keçirir.
– Bankın SWOT təhlilini aparır, zəif tərəflər və təhlükələr barədə məlumat hazırlayır.
– Ehtiyac olduqda alternativ strategiyalara keçid üzrə İdarə Heyətinə və Strateji Plan Qrupuna təkliflər verir.
– Bankın strateji hədəflərinin yerinə yetirilməsinin təmin olunması üçün əməliyyat planlarının hazırlanması və icrası üçün layihə qrupları yaradılması barədə İdarə Heyətinə təkliflər verir.
– Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasını həyata keçirir.
– Bankın beynəlxalq əlaqələrini qurur və idarə edir.
– Xarici banklar və beynəlxalq maliyyə institutları, reytinq və audit şirkətləri, ödəniş sistemləri və bankın fəaliyyəti ilə bağlı digər xarici dövlət, kommersiya və ictimai qurumlarla əlaqələr yaradır.
– Davamlı sürətdə bankdaxili proseslərin təhlilini təşkil edir və onların daima optimallaşdırılması və səmərəliliyinin artırılması üçün tədbirlər görür.
– Bankdaxili prosedur və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini əlaqələndirir.
– Bankın biznes proseslərində ortaya çıxan maraqlar toqquşması və onların aradan qaldırılması barədə təkliflər verir.
– Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siysət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir.
– Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır.
– Departamentin, digər struktur bölmələri ilə fəaliyyətlərini əlaqələndirir.
– İdarə Heyətinin strateji inkişaf ilə əlaqədar ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

– ali iqtisadi və ya biznes təhsili;
– ən azı 3 il strateji planlaşma və ya biznes proseslərin idarə edilməsi sahəsində bank təcrübəsi;
– Azərbaycan, rus, türk və ingilis dil bilikləri;
– ünsiyyət qurma bacarığı;
– satış bacarığı;
– yaradıcılıq bacarığı;
– strateji düşünmə və analitik təhlil bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12.09.2016-cı il tarixinə qədər cv@btb.az elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin inkişafı departamentinin Direktoru) qeyd edilməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275