VAKANSİYA

“PAŞA Bank” işçi axtarır – VAKANSİYA
13 AVQUST
2321

“PAŞA Bank” işçi axtarır – VAKANSİYA

2016-08-13 22:00:00

“PAŞA Bank” Risklərin idarəedilməsi Departamentində Əməliyyat riskləri üzrə kiçik mütəxəssis vakansıyasına işəqəbul elan edir. Fins.az-ın məlumatına görə, iqtisadiyyat, maliyyə və menecment üzrə ali təhsilli,  Biznes Mərkəzlər / Filiallar, Əməliyyat və Nəzarət, Daxili Audit, Maliyyə, Komplayns, Bank kartları və e-bankçılıq, Keyfiyyətin Təminatı və Təşkilati Dəstək departamentlərində ən azı 1 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 15-dir.

İŞİN TƏSVİRİ

• Bank əməliyyatlarının monitorinq edilməsi və əməliyyat risklərinin baş vermə ehtimalının təhlilinə köməklik göstərilməsi
• Daimi olaraq əməliyyat risklərinin qiymətləndirilməsi, “stress test” və “back test” keçirilməsinə köməklik göstərilməsi 
• Yeni məhsul və proseslərdə potensial olaraq əməliyyat risklərinin baş verməsi ehtimalının təhlili üçün köməkliyin göstərilməsi

• Əməliyyat riskləri ilə bağlı daxili siyasət və procedurların təkmilləşdirilməsinə köməkliyin göstərilməsi

• Əməliyyat risklərinin azaldılması (mitiqasiyası) prosedurlarının koordinasiyasında köməkliyin göstərilməsi

• İnsident Menecement Sisteminin idarə edilməsində (hesabatlıq, analiz, tədbirlər planı və onların icrası) köməkliyin göstərilməsi

• Biznes bölmələr tərəfindən təqdim edilən risk hadisələrinin (insidentlərin) ümumiləşdirilməsində köməkliyin göstərilməsi

• Səlahiyyətli sığorta şirkətlərinin siyahısının təkmilləşdirilməsində köməkliyin göstərilməsi

• Əməliyyat Risklərinin İdarə Edilməsi şöbəsi tərəfindən başladılan və ya ona həvalə edilən layihələrdə iştirak edilməsi

TƏCRÜBƏ

Biznes Mərkəzlər / Filiallar, Əməliyyat və Nəzarət, Daxili Audit, Maliyyə, Komplayns, Bank kartları və e-bankçılıq, Keyfiyyətin Təminatı və Təşkilati Dəstək departamentlərində ən azı 1 illik iş təcrübəsinin olması.

TƏLƏB OLUNAN XÜSUSİYYƏTLƏR

• İqtisadiyyat, maliyyə və menecment üzrə ali təhsil;
• Azərbaycan, ingilis və rus dillərini mükəmməl səviyyədə bilməli;
• Ofis Proqramlarından əla istifadə etmək bacarığı;

Daxili Namizədlərin müraciətləri 15 avqust 2016-cı il tarixinə qədər recruitment@pashabank.az  ünvanına göndərilməlidir. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat riskləri üzrə kiçik mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275