VAKANSİYA

“YapıKredi Bank” işçi axtarır – VAKANSİYA
12 AVQUST
2647

“YapıKredi Bank” işçi axtarır – VAKANSİYA

2016-08-12 21:00:00
“YapıKredi Bank” müxbir bankçılıq və fondların idarəolunması departamentinin müdiri vəzifəsinə işçi qəbulu elan edib.  Fins.az-ın məlumatına görə, ali təhsilli, müdir vəzifəsində ən azı 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 11-dir.

Vəzifə öhdəlikləri:

1. Qiymətli kağızlar üzrə gəlir və kupon hesablanması;

2. Qiymətli kağızlarla bağlı Emissiya prospektinin tərtib edilməsi;

3. Qiymətli kağızlarla bağlı əməliyyat tapşırıqlarının hazırlanması;

4. Qiymətli kağızlarla aparılmış əqdlərin uçotunun aparılması;

5. Müvafiq hesabatlarin hazirlanması və bununla bağlı müvafiq işlər;

6. Daxili qaydalarının hazırlanması və təsdiqə verilməsi;

7. Banklarla  işgüzar münasibətlərin qurulması;

8. Likvidliyin idarə olunması;

9. Bütün xəzinə məhsullarını bilməsi xüsusən Bond, Eurobond, FX, Swap, MM;

10. Təminat məktubları ilə bağlı əməliyyatlar.

Namizədə dair  tələblər:

–Ali təhsil;

– Müdir vəzifəsində ən azı 3 il iş təcrübəsi;

– İngilis və  Rus dili bilikləri;

– Ms Office proqramındaişləyəbilməkbacarığı. 

Müraciət etmək istəyənlər CV-ləri  hr@yapikredi.com.az elektron poçt ünvanına göndərə bilərlər.

Məlumat mərkəzi: 4977652 və *0444

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272