VAKANSİYA

“AXA MBASK” işçi axtarır – VAKANSİYA
08 AVQUST
1725

“AXA MBASK” işçi axtarır – VAKANSİYA

2016-08-08 22:00:00

“AXA MBask” çağrı mərkəzi şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli,  kompyuter proqramlarını tələb olunan səviyyədə bilən, sığorta barədə ümumi bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 4-dür.

Namizədə dair tələblər:

• Ali təhsil 
• Azərbaycan dili  və rus dili (mükəmməl səviyyədə), ingilis dili (orta səviyyədə) 
• Sığorta barədə ümumi biliklərin olması 
• Müştərilərlə əlaqə yaratma bacarığına və inandırma qabiliyyətinə malik olan olmalı
• Kompyuter proqramlarını tələb olunan səviyyədə bilməli
• Stressə davamlı
• Məsuliyyətli və ünsiyyətcil olmalı
• Komandada işləmək bacarığı

İş barədə məlumat:

1. Sığorta məhsulları ilə əlaqədar müştəri zənglərinə operativ cavab vermək.
2. Rəhbərlik tərəfindən təqdim olunan məlumat bazasından müştərilərlə telefon vasitəsi ilə əlaqə saxlamaq, onlara sığorta məhsullarını təqdim etmək və həmin müştəriləri şirkətlə əməkdaşlığa cəlb etmək.
3. Zənglər barədə məlumatları xüsusi proqrama daxil etmək.
4. Satış üzrə hesabatları hazırlamaq.
5. Müqavilələr üzrə sığorta haqlarının ödənişi  hissəli olduqda debitorlara riayət etmək.
 
Əmək haqqı razılaşma yolu ilə.

CV-lər  Çağrı Mərkəzi Şöbəsinin Mütəxəssisi mövzusu ilə career@axambask.az elektron poçt ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274