VAKANSİYA

“Bank VTB” işçi axtarır – VAKANSİYA
07 AVQUST
1804

“Bank VTB” işçi axtarır – VAKANSİYA

2016-08-07 22:00:00
“Bank VTB”  kredit riskləri şöbəsinin müdiri vəzifəsinə işçi axtarır. Bankdan fins.az-a verilən məlumata görə, İqtisadiyyat və maliyyə sahəsində ali təhsil, bank sektorunda kredit təhlili və ya risk-menecment sahəsində iş təcrübəsi (ən azı 3 il)olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 3-dür.

 Namizədə dair tələblər:

İqtisadiyyat və maliyyə sahəsində ali təhsil;

Bank sektorunda kredit təhlili və ya risk-menecment sahəsində iş təcrübəsi (ən azı 3 il);

analitik qabiliyyət, mühasibat hesabatlarını təhlil etmək bacarığı ( milli standartlar və BMHS üzrə);

Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları ilə tanışlıq;

Azərbaycanın kredit bazarı, biznesin sahələri və xüsusiyyətləri ilə tanışlıq;

normativ bazanın hazırlanması və onunla işləmək bacarığı;

ünsiyyətlilik və komandada işləmək bacarığı, stressə dözümlülük;

rus və Azərbaycan dillərini bilmək;

Vəzifə öhdəlikləri:

Hüquqi şəxslərin və fərdi sahibkarların maliyyə hesabatlığının təhlili;

kredit portfelinin və kredit əqdlərinin monitorinqi prosesində aşkar olunan kredit, girov riskləri amillərinin təhlili;

Biznesin kredit sifarişlərinə baxılması;

kredit portfeli üzrə ehtiyatların hesablanması;

Şöbənin əməkdaşlarının işinə nəzarət;

əməkdaşlar tərəfindən hazırlanmış monitorinqlərin rəylərin yoxlanması və razılaşdırılması;

Kreditləşmə və kredit risklərinin qiymətləndirilməsi üzrə Bankın metodoloji bazasının hazırlanmasında iştirak.

Tələblərə uyğun namizədlər CV formalarını hr@vtb.az elektron poçt ünvanına göndərə bilərlər. (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Tel: 986

 012 492 00 80

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270