VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANSİYA
04 AVQUST
1572

“DəmirBank” işçi axtarır – VAKANSİYA

2016-08-04 22:00:00

“DəmirBank” Göyçay filialı üzrə  satış məsləhətçisi (əməliyyatçı-xəzinədar) vəzifəsinə işəqəbul elan edir. Fins.az-ın məlumatına görə,ali təhsilli, Azərbaycan və rus dillərini bilən, yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 11-dir.

Vəzifə öhdəlikləri:

• Fiziki şəxs olan müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
• Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
• Kreditlər üzrə borcların, müəyyən olunmuş limit çərçivəsində müştərilərdən ödənişlərin nəğd qəbulu və balans proqramında yığımının həyata keçirilməsi;
• Cari, əmanət(depozit) hesabı açılması zamanı müraciət edən müştəriyə tələb olunan sənədlərin  siyahısını vermək, müştəridən hüquqi sənədlərin yoxlamaq və qəbul etmək;
• Əmanət kitabçasında yazılışları aparmaq;
• Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
• Müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
• Kredit və əmanət əməliyyatlarının tam  sənədləşməsini həyata keçirmək;
• Müştərilərə çarpaz satışların təqdim etmək.

Namizədə dair tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adını email-in mövzu hissəsində “Göyçay filialı üzrə satış məsləhətçisi” şəklində göstərilməlidir.

Tel: (994 12) 444 71 30
Faks: (994 12) 496 09 77
E-mail: 
info@demirbank.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272