“Accessbank” mobil tətbiq layihəçisi vəzifəsinə işə qəbul elan edib. Bankdan fins.az verilən məlumata görə, ali təhsilli, JavaScript, Git, HTML/CSS biliyi olan, rus və Azərbaycan dilləri bilən, sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.
Namizədə dair tələblər:
- Ali təhsil
- JavaScript, Git, HTML/CSS biliyi
- Ünsiyyətcillik, təfsilatlara diqqət yetirilməsi, həm texniki, həm də qeyri-texniki adresatlara ideyaları çatdırmaq qabiliyyəti, analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı.
İkinci dərəcəli tələblər:
- Meteor.js, node.js, d3.js, jQuery, M.E.A.N., Bootstrap, Angular, React, Ionic, Cordova və s. kimi platformalarla, infrastrukturlarla və ya kitabxanalarla iş təcrübəsinə üstünlük verilir;
- Linux, nginx ilə iş təcrübəsinə üstünlük verilir;
- Rus və Azərbaycan dilləri biliyi
- Sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi
Vəzifə öhdəlikləri:
- Meteor, MongoDB, Bootstrap, Angular, JQuery platformasından istifadə etməklə şəbəkə qoşmalarının işlənib hazırlanması
- Şəbəkə servislərinə müraciətlərin yazılması
- Qoyulmuş vəzifələri icra etmək üçün funksional və memarlıq həllərinin işlənib hazırlanması
Maraqlanan şəxslər 15.08.2016 tarixinə qədər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.Xahiş olunur CV göndərdikdə "subject" (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Tbilisi prospekti 3
Bakı, Azərbaycan, AZ1065
Telefon: (+99412) 490 80 10