VAKANSİYA

“Bank BTB” işçi axtarır - VAKANSİYA
01 AVQUST
1768

“Bank BTB” işçi axtarır - VAKANSİYA

2016-08-01 22:00:00

Bank BTB” Korporativ bankçılıq şöbəsinin Baş Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, ali iqtisadi və ya biznes sahəsi üzrə, müştəri xidmətləri sahəsində ən azı 2 il iş təcrübəsinə, satış qabiliyyətinə malik olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 31-dir.

İş barədə məlumat:

• Korporativ sahə üzrə məhsul və xidmətlərin satışı;
• Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;
• Korporativ sahə üzrə satış standartlarının, onlara əlavə və dəyişikliklərin və digər əlaqədar layihələrin  hazırlanması, müvafiq təsdiqdən sonra bütün satış şəbəkəsi işçilərini, habelə digər aidiyyəti işçilərin məlumatlandırılması;
• Mütəmadi olaraq, korporativ müştərilərlə görüşün təşkil olunmasıı və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
• Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək olunması ;
• Bankın korporativ məhsul və xidmətlərinin təbliğat - təşviqat materiallarının strukturunun və mətninin hazırlanması;
• Bankın satış fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin hazırlanması və tətbiqində yaxından iştirakı.

Namizədə tələblər:
   
 ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
 ən azı 2 il müştəri xidməti sahəsində bank təcrübəsi;
 Azərbaycan, Rus və İngilis dilləri;
 ünsiyyətqurma bacarığı;
 satış bacarığı;
 analitik bacarıq;
 yaradıcılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 Avqust , 2016-cı il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin Baş Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272