VAKANSİYA

"Caspian Development Bank" işçi axtarır - VAKANSİYA
01 AVQUST
2843

"Caspian Development Bank" işçi axtarır - VAKANSİYA

2016-08-01 21:00:00

"Caspian Development Bank" resepşın işi üzrə işçi axtarır. Fins.az-ın məlumatına görə, S Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı olan, 20-30 yaşadək xoş görünüşlü, gülərüz xanım namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust 28-dir.

Tələblər:

- Biliklər:əla səviyyədə Azərbaycan və Rus dilləri, orta səviyyədə İngilis dili
- Microsoft office proqramlarında işləmə bacarığı
- 20-30 yaşadək xoş görünüşlü, gülərüz xanım namizədlər
- İş təcrübəsi vacib deyil

Vəzifə öhdəlikləri:

- Banka daxil olan müştəriləri və qonaqları qarşılamaq və yönləndirmək.
- Bütün bank məhsulları və xidmətləri barədə müştərilərə ətraflı məlumat vermək.
- Lazım olduqda müştərilərə elektron poçt vasitəsi ilə bütün bank məhsulları və xidmətləri barədə məlumatlar göndərmək.
- Bank xidmət və məhsulları ilə problemləri olan müştərilərin müraciətlərini səlahiyyəti çərçivəsində problemlərin həllində yardımçı olmaq, digər hallarda müştərini müvafiq struktur bölməyə yönləndirmək.
- Banka daxil olan sənəd, məktub və bağlamaları qəbul etmək, qeydiyyata almaq və aidiyyatı struktur bölməyə ötürmək.
- Bankdan çıxan sənəd, məktub və bağlamaların ünvana göndərilməsini təmin etmək və çixiş sənədlərin qeydiyyatını aparmaq.
 
Əgər Siz qeyd olunmuş tələblərə uyğunsuznuzsa, onda CV-lərinizi Caspian Development Bankın cv@cdbbank.az elektron  ünvanına göndərə bilərsiniz!

CV-rinizdə mütləq son 6 ay ərzində çəkilmiş rəngli fotoşəkliniz olmalıdır. CV-lərinizi göndərərkən mailın “Subject” hissəsində müraciət etdiyiniz vakansiya göstərilməlidir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272