VAKANSİYA

“Kapital Bank” işçi axtarır – VAKANSİYA
31 İYUL
3714

“Kapital Bank” işçi axtarır – VAKANSİYA

2016-07-31 22:00:00
Kapital Bank” monitorinq və nəzarət şöbəsində menecer vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, iqtisadi və ya hüquqi sahədə ali təhsilli, bank filialında minimum 5 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 26-dır.

Vəzifə öhdəlikləri

- Filialların gündəlik fəaliyyətinə, işçilərin davamiyyətinə və korporativ standartlara riayət olunmasına uzaqdan və yerində nəzarətin təşkili;

- Mütəmadi olaraq filiallarda monitorinqlərin aparılması və rəhbərliyə hesabatların təqdim olunması;

- Şöbə daxilində iş yükünün və vaxtın düzgün bölüşdürülməsinə, şöbə əməkdaşlarının öhdəliklərini düzgün formada yerinə yetirmələrinə nəzarət;

- Zərurət yarandıqda filial müdiri vəzifələrinin icra edilməsi.

Namizədə dair öhdəliklər

- İqtisadi və ya hüquqi sahədə ali təhsil;

- Yüksək ünsiyyətqurma bacarığı;

- Rəhbərlik və təşkilatçılıq qabiliyyəti;

- Çevik qərarvermə və yüksək təzyiqə davamlılıq;

- Bank filialında minimum 5 illik iş təcrübəsi;

- Filial müdiri və ya müavini kimi attestasiyadan keçmiş olması arzuolunandır.

- Müraciət etmək istəyənlər CV formalarını  hkc@kapitalbank.az elektron ünvanına göndərə bilərlər.

Telefon-(012) 598-12-95 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272