VAKANSİYA

“DəmirBank” işçi axtarır - VAKANSİYA
30 İYUL
2234

“DəmirBank” işçi axtarır - VAKANSİYA

2016-07-30 09:00:00

“DəmirBank” müştəri xidmətləri təmsilçisi vəzifəsinə işə qəbul elan edir. Bankdan fins.az-a verilən məlumata görə,  ali və ya orta-ixtisas təhsilli məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığı olan xanım namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 5-dir.

Vəzifə öhdəlikləri:

Filiala daxil olan müştərilərin salamlanması, suallarının cavablandırılması, bank məhsul və xidmətləri ilə bağlı ümumi məlumatın verilməsi və q-matik sisteminə yönləndirilməsi;
- Müştərilərə Q-matik, E-kassir, MilliÖn və Bankomatlardan istifadəsi zamanı köməklik göstərilməsi;
- Filiala daxil olan zənglərin cavablandıırlması, e-maillərin və məktubların qeydiyyata alınması, müvafiq istiqamətə yönləndirilməsi;
- Müştərilərin şikayət və təkliflərinin qəbul olunması və onların  SAP CRM sistemində yazılı qeydiyyatının aparılması və Filial müdirinə yönləndirilməsi;
- Ön ofis əməkdaşlarının elektron növbə sistemindən düzgün istifadəsinə Q-matik

-Operations Panel proqramı vasitəsi ilə nəzarət etmək və q-matik sistemində problem yarandığı halda növbəliliyin təmin edilməsi.

Namizədə dair tələblər:

- Ali və ya orta-ixtisas təhsilinin olması;
- Yüksək ünsiyyət qabiliyyətinin olması;
- Gülərüz, səbirli və mehriban olması;
- Azərbaycan dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması (Rus dili biliyi olmalıdır);
- Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
- Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
- Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və  təzyiq altında işləmək bacarığının olması;
- Xanım namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər 05 avqust 2016-cı il tarixinədək öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidmətləri təmsilçisi – Şəhər filialları” şəklində göstərilməlidir. 

 Göstərilən tələblərə cavab verən namizədlər avqust ayının 5-nə kimi  öz CV-lərini  hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Tel: (994 12) 444 71 30
Faks: (994 12) 496 09 77
E-mail: 
info@demirbank.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272