VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatasında işləmək istəyənlərin - NƏZƏRİNƏ
27 İYUL
1773

Maliyyə Bazarlarına Nəzarət Palatasında işləmək istəyənlərin - NƏZƏRİNƏ

2016-07-27 15:56:00

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi qəbulu üçün yeni vakansiyalar açıqlayıb.

Maraqlananlar aşağıdakı elanlardan ətraflı məlumat ala bilərlər.

Vəzifə: Bank fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət idarəsinin Böyük Analitiki 

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadiyyat və maliyyə üzrə);
• Maliyyə sektorunda 5 il iş təcrübəsi;
• Maliyyə hesabatları ilə işləmək və maliyyə analizi aparma, təhlil etmə bacarığı;
• Bank qanunvericiliyi üzrə biliklər;
• Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Bank sisteminin dövrü analizini həyata keçirir;
• Nəzarətində olan bankların fəaliyyətini, maliyyə vəziyyətini təhlil edir və risklərə nəzarət edir;
• Bank nümayəndələri ilə mütəmmadi əlaqə saxlayır və görüşlər təşkil edir;
• Banklardan prudensial və digər tipli hesabatlar və məlumatların əldə edilməsini təmin edir; 
• Lisenziya almaq üçün müraciət etmiş bankların biznes planlarında rəy hazırlayır və tələb olunan sənədlər toplusunun araşdırılmasında iştirak edir.

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016
 
XXX

Vəzifə: Sığorta bazarına nəzarət sahəsi üzrə Aparıcı Mütəxəssis
 
Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadiyyat, audit, mühasibat uçotu və aktuari hesablamaları üzrə); 
• Analoji sahə üzrə 2 il iş təcrübəsi (beynəxalq audit şirkətlərində iş təcrübəsinə üstünlük verilir);
• 1C proqram təminatı ilə iş təcrübəsi olanlara üstünlük verilir; 
• Vergi qanunvericiliyi üzrə biliklər 
• Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə biliklər
• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
• Səlis Azərbaycan və ingilis dili bilikləri;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti;
• Sığorta Sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri üzrə yoxlamaların təşkili;
• Yoxlamaların nəticələrinə dair hesabatların, aktların və audit nəticələrinin hazırlanması;
• İş zərurəti ilə əlaqədar xidməti ezamiyyətə göndərilmə.

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016
 
XXX

Vəzifə: İnformasiya texnologiyaları idarəsi - Sistem inzibatçısı

Namizədə dair tələblər:

• Ali təhsil (İnformasiya texnologiyaları üzrə);
• Müasir proqram və texniki platformalar, həmçinin informasiya təhlükəsizliyi üzrə biliklər; 
• Proqram təminatlarının istismarı və lokal kompüter şəbəkəsinin idarə edilməsi üzrə praktiki biliklər; 
• Məlumat bazalarının idarəetmə sistemləri, müasir ofis proqram təminatları və əməliyyat sistemləri və sistem inzibatçılığı üzrə biliklər;
• İT üzrə 3-5 il iş təcrübəsi;
• Səlis Azərbaycan, orta səviyyədə ingilis və rus dili bilikləri;
• Texniki məsələləri gündəlik danışıq dilində izah etmək, analitik düşüncə və ünsiyyətqurma bacarığı.

İşin təsviri:

• Palatanın şəbəkə serverlərinin və əməliyyat sistemlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyətinin həyata keçirilməsini təşkil edir;
• Proqram təminatlarının və texniki avadanlıqların test yoxlamasında iştirak edir;
• Proqram təminatlarının istismarı ilə bağlı texniki sənədləri tərtib edir;
• İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016
 
XXX

Vəzifə: Strateji təhlil və risklərin idarə edilməsi idarəsi – Analitik

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadiyyat üzrə);
• Anoloji sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Analitik düşüncə və  riyazi hesablama aparmaq qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Maliyyə sabitliyi üçün riskləri tədqiq edir və yarana biləcək mümkün risklərin mitiqasiyası üçün təkliflər verir;
• Maliyyə bazarları üzrə tədqiqatlar aparır, modellər qurur və təkliflər verir;
• Iqitisadi siyasətin, o cümlədən fiskal və monetar siyasət ssenarilərinin maliyyə bazarlarına mümkün təsiri kanallarını tədqiq edir;
• Maliyyə bazarlarında stress-testlərin aparılması üçün makroiqtisadi şok ssenarilərinin müəyyən edilməsində iştirak edir.

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016
 
XXX

Vəzifə: Prudensial siyasət və metodologiya idarəsi – Analitik (Kapital bazarları üzrə)

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadiyyat üzrə);
• Anoloji sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Analitik düşüncə və  riyazi hesablama aparmaq qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı. 
• Maliyyə analizi və investisiya sahəsi üzrə beynəlxalq peşəkar kvalifikasiyalı sertifikatkarın  olması arzuolunandır.

İşin təsviri:

• Kapital bazarlarının tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasında iştirak edir;
• Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq kapital bazarı iştirakçılarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
• Kapital bazarının iştirakçılarının dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq qiymətləndirir;
• Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
• Kapital bazarı iştirakçılarından daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016

XXX

Vəzifə: Hüquq və icraat departamentinin Aparıcı Hüquqşünası/ Böyük Hüquqşünası

Namizədə dair tələblər:

• Hüquq üzrə bakalavr və magistr təhsili (xaricdə təhsil alanlara üstünlük veriləcək)
• Analoji sahə üzrə ən azı 3-5 il iş təcrübəsi
• Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti
• Analitik düşüncə və hüquq sahəsində təhliletmə bacarığı
• Normayaradıcılıq bacarığı
• Komanda ilə işləmək bacarığı
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Maliyyə bazarlarına aid olan normativ aktların layihələrinin hazırlanması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi 
• Maliyyə bazarlarına aid olan beynəlxalq qanunvericilik üzrə məlumatların toplanması, təhlil aparılması və təkliflər hazırlanması
• Palatanın təşəbbüsü ilə təqdim edilən sənədlərin hazırlanması və ya Palataya daxil olan qanun, fərman və qərar layihələrinə dair rəy və təkliflərin verilməsi
• Palatanın bağladığı müxtəlif xarakterli müqavilələrin hazırlanması,  o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi
• Palataya daxil olan hüquqi sorğuların cavablandırılması
• Palatanın daxili prosedur qaydalarının hazırlanması və digər struktur bölmələr tərəfindən hazırlanmış daxili prosedur qaydalara dair hüquqi rəyin verilməsi
• Departamentin strateji və taktiki planlarının müəyyən edilməsində və hazırlanmasında iştirak 
• Məhkəmə instansiyalarında Palatanın təmsil edilməsi, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və məhkəmələrdə iddiaların qaldırılması üçün materiallar hazırlanması

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016
 
XXX
 

Vəzifə: Prudensial siyasət və metodologiya idarəsi – Analitik (sığorta sahəsi üzrə)

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadiyyat üzrə);
• Analoji sahə üzrə ən azı  2 il iş təcrübəsi;
• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasına dəstək verir;
• Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
• Sığorta sisteminin maliyyə sabitliyinə və dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq müəyyənləşdirir və təhlil edir;
• Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
• Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;
• Sığorta istiqaməti üzrə digər işləri yerinə yetirir.

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016

XXX

Vəzifə: Ödəniş sistemlərinə nəzarət sektoruna Aparıcı Analitiki/ Böyük Analitiki

Namizədə dair tələblər:

• Ali texniki/iqtisadi təhsil;
• Analoji sahə üzrə 2-5 il iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində əla səviyyədə danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti;
• Analitik düşüncə;
• Normayaradıcılıq bacarığı;
• Komandada  işləmək bacarığı;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı, əməliyyat sistemləri (Unix, Windows) üzrə biliklər;
• Ödəniş sistemləri və alətləri üzrə biliklər ;
• Layihələrin idarə edilməsi sahəsində ən azı 2 il tərcübə;  
• Bank kartları personalizasiya EMV, PayPass / payWave, NFC standartları və Kriptoqrafiya haqqında biliklər; 
• PCİ standartları və elektron ticarət haqqında anlayış;

İşin təsviri:

• Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılardan analitik məlumatları toplamaq və hesabatlar hazırlamaq;
• Ödəniş sistemlərinin daim təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
• Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi və tənzimlənməsi üçün tədbirlər görmək;
• Ödəniş sistemləri bazarında fəaliyyət göstərən iştirakçıların yerində yoxlanması və nəticələr barədə hesabatlar hazırlamaq;  
• Ödəniş sistemlərinin iştirakçıları ilə daimi əsasda görüşlər təşkil etmək, ödəniş sistemlərinin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində qarşılıqlı fəaliyyət göstərmək;
• Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemləri üzrə normativ-metodoloji bazanın yaradılmasında iştrak etmək;
• Bazarda yarana biləcək mümkün risklərin qarşısını almaq üçün  təkliflər hazırlamaq;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016
 
XXX

Vəzifə: Maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin Analitiki/ Aparıcı Analitiki

Namizədə dair tələblər:

• Tam ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə) 
• Analoji sahə üzrə ən azı 3-5  il iş təcrübəsi;
• Maliyyə bazarları, onlara nəzarət prinsipləri, investisiya qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə biliklər;
• Kapital adekvatlığı və risklərin idarəolunması sahəsində biliklər;
• Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə  biliklər;
• Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində biliklər;
• Maliyyə hesabatlarının təhlili və proqnozların hazırlanması bacarığı;
• Səlis Azərbaycan və İngilis dili bilikləri;
• İT resursları və ofis proqramları üzrə biliklər;
• Təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti;
• Problemi həll etmək və qərarvermə qabiliyyəti;
• Analitik düşüncə və ünsiyyətqurma bacarığı;
• İntensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti.
• CFA və FRM dərəcəsi olanlara üstünlük veriləcək;

İşin təsviri:

• Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərə və mərkəzi depozitara nəzarətin təmin edilməsində iştirak edir;
• Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərə verilmiş xüsusi razılığın (lisenziyanın)  ləğvinə dair təkliflərin verilməsində iştirak edir;
• Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin hesabatlarının qəbul edilməsində, onların təhlil edilməsində və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsində və müvafiq yoxlamalarda iştirak edir;
• Qiymətli kağızlar bazarı üzrə monitorinq iştirakçısı hesab edilən şəxslərin qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarətin həyata keçirilməsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsində iştirak edir;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016

XXX 

Vəzifə: Maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki

Namizədə olan tələblər:

• Tam ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə ) 
• Analoji sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
• Səlis Azərbaycan və ingilis dili bilikləri;
• Maliyyə bazarları, onların işləmə prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə biliklər;
• Maliyyə hesabatlarının təhlili və risklərin idarəolunması sahəsində biliklər;
• Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər, xüsusilə bazarda sui-istifadələr barədə məlumatlılıq;
• Qiymətli kağızlar sahəsində beynəlxalq qanunvericilik üzrə biliklər (Mifid, MAD, Transparancy Directive, Bazel prinsipləri və s.)
• Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində biliklər;
• Yüksək ünsiyyət və təqdimat vərdişləri:
• Analitik düşünmə, problem həll etmə və intensiv rejimdə işləmə bacarıqları;
• İT resursları və ofis proqramları üzrə yüksək biliklər.
• CFA və FRM üzrə beynəlxalq sertifikata sahib olan namizədlərə və  Statistik təhlil və proqramlaşdırma (VBA, SQL, MATLAB, Python ) üzrə bilikləri olan namizdlərə üstünlük verilir;

İşin təsviri:

• Ticarət əməliyyatlarına nəzarət üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanması üzrə təkliflər verir;
• İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə departamentin strateji və əməliyyat planlarının hazırlanmasına dəstək verir;
• Qiymətli kağızlar və digər maliyyə alətlərinin ticarətinə proaktiv və retrospektiv nəzarəti həyəta keçirir, analitik təhlillər aparır, təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
• İnvestisiya şirkəti, fond birjası və depozitar tərəfindən təqdim edilən hesabatları təhlil edir;
• Qiymətli kağızlar bazarında sui-istifadələrə, o cümlədən qiymətlərlə manipulyasiyalara yol verilməməsi və insayd məlumatdan istifadə edilməklə əqdlərin bağlanmaması məqsədi ilə müvafiq tədbirlər görür;
• Emitentlərin vahid məlumat resursunda qeydiyyatını həyata keçirir;
• Emitentlər tərəfindən vahid məlumat resursunda yerləşdirilmiş məlumatların yoxlanılmasını və açıqlanmasını həyata keçirir;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016

XXX

Vəzifənin adı: Beynəlxalq əməkdaşlıq sektorunun Böyük Mütəxəssisi/ sektor Müdiri

Namizədə dair tələblər:

• İqtisadi/maliyyə/beynəlxalq münasibətlər sahəsində ali təhsil;
• Analoji sahə üzrə 3-5 il iş təcrübəsi;
• Səlis Azərbaycan və ingilis dili bilikləri;
• Ölkənin maliyyə sektorunun strukturu və cari vəziyyəti barədə biliklər;
• Beynəlxalq maliyyə institutlarının fəaliyyəti üzrə məlumatlılıq;
• Layihələrin idarə edilməsi üzrə biliklər;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı. 
• Yüksək səviyyədə ünsiyyətqurma bacarığı;

İşin təsviri:

• Palatanın beynəlxalq strategiyasının hazırlanması;
• Beynəlxalq maliyyə institutları və donor təşkilatları ilə əlaqələrinin genişləndirilməsi;
• Texniki əməkdaşlıq layihələrinin hazırlanması;
• Beynəlxalq layihələrin idarə olunması.

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

 

Vəzifənin adı: Katiblik sektorunun Müdiri

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadi / hüquq);
• Kargüzarlıq işinin təşkili üzrə nəzəri və praktiki biliklər;
• Hesabat tərtib etmə bacarığı, 
• Planlaşdırma, analitik düşüncə və ünsiyyətqurma bacarığı;
• Səlis Azərbaycan və yaxşı səviyyədə ingilis dili bacarığı;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

- Katibliyin əməkdaşları arasında iş bölgüsü aparır və onların fəaliyyətinə nəzarəti həyata keçirir;
- Palatada kargüzarlıq fəaliyyətinin tənzimlənməsinə nəzarəti həyata keçirir, eləcə də sənədlərlə iş məsələlərinə dair əməli tövsiyələr verir;
- Palataya daxil olan sənədlərin qəbulu, qeydiyyatı və rəsmiləşdirilməsinə nəzarəti həyata keçirir;
- Sənədlərə, o cümlədən, vətəndaşların müraciətlərinə baxılması gedişinə və müddətlərinə nəzarəti həyata keçirir, bu barədə təhlil aparır və mütəmadi olaraq rəhbərliyə məlumat verir;
- Palatanın struktur bölmələrində istifadə edilmək üçün lazım olan blankların və eləcə də iş prosesində korlanmış blankların uçota alınması və paylanmasına nəzarəti həyata keçirir;
- Palatanın struktur bölmələrindən arxivə sənədlərin müəyyən qaydada qəbuluna, uçotuna, mühafizəsinə və onlardan istifadəyə nəzarət edir;
- Katibliyin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasına nəzarət edir;
- Katibliyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə strateji və taktiki fəaliyyət planlarının hazırlanmasını təşkil edir, onları və digər sənədləri təsdiq edilməsi üçün rəhbərliyə təqdim edir və icrasına nəzarət edir;
- Direktorlar Şurasının iclaslarının keçirilməsini təşkil edir və iclasın yekunlarına dair protokollar hazırlayır

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini  hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə, Avqust 26, 2016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270