VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır - VAKANSİYA
27 İYUL
1533

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır - VAKANSİYA

2016-07-27 22:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası katiblik sektorunun müdiri vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (İqtisadi / hüquq), İT resursları və ofis proqramları ilə işləmək bacarığı olan, səlis Azərbaycan və yaxşı səviyyədə ingilis dili bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 26-dır.

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadi / hüquq);
• Kargüzarlıq işinin təşkili üzrə nəzəri və praktiki biliklər;
• Hesabat tərtib etmə bacarığı, 
• Planlaşdırma, analitik düşüncə və ünsiyyətqurma bacarığı;
• Səlis Azərbaycan və yaxşı səviyyədə ingilis dili bacarığı;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

- Katibliyin əməkdaşları arasında iş bölgüsü aparır və onların fəaliyyətinə nəzarəti həyata keçirir;
- Palatada kargüzarlıq fəaliyyətinin tənzimlənməsinə nəzarəti həyata keçirir, eləcə də sənədlərlə iş məsələlərinə dair əməli tövsiyələr verir;
- Palataya daxil olan sənədlərin qəbulu, qeydiyyatı və rəsmiləşdirilməsinə nəzarəti həyata keçirir;
- Sənədlərə, o cümlədən, vətəndaşların müraciətlərinə baxılması gedişinə və müddətlərinə nəzarəti həyata keçirir, bu barədə təhlil aparır və mütəmadi olaraq rəhbərliyə məlumat verir;
- Palatanın struktur bölmələrində istifadə edilmək üçün lazım olan blankların və eləcə də iş prosesində korlanmış blankların uçota alınması və paylanmasına nəzarəti həyata keçirir;
- Palatanın struktur bölmələrindən arxivə sənədlərin müəyyən qaydada qəbuluna, uçotuna, mühafizəsinə və onlardan istifadəyə nəzarət edir;
- Katibliyin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasına nəzarət edir;
- Katibliyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə strateji və taktiki fəaliyyət planlarının hazırlanmasını təşkil edir, onları və digər sənədləri təsdiq edilməsi üçün rəhbərliyə təqdim edir və icrasına nəzarət edir;
- Direktorlar Şurasının iclaslarının keçirilməsini təşkil edir və iclasın yekunlarına dair protokollar hazırlayır

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270