VAKANSİYA

“Unibank” işçi axtarır- VAKANSİYA
25 İYUL
2265

“Unibank” işçi axtarır- VAKANSİYA

2016-07-25 22:00:00

“Unibank” prosessinqin inzibatçılığı qrupunun mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 22-35 yaşlarında ali təhsilli (informasiya Komunikasiya texnologiyaları sahəsində təhsili olanlara üstünlük verilir), bank sistemində iş təcrübəsi (ən azı 1 il) olan, verilənlər bazasında SQL sorğularla işləmək bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 24-dür.

Namizədə dair tələblər:

• Ali təhsil (informasiya Komunikasiya texnologiyaları sahəsində təhsili olanlara üstünlük verilir)
• Rus və Azərbaycan dilləri üzrə mükəmməl, ingilis dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə) 
• Verilənlər bazasında SQL sorğularla işləmək bacarığı.
• İnformasiya və komunikasiya sistemləri haqqında ümumi biliklər və texniki düşünmə bacarığı
• Texniki təhsilin olması arzuolunandır.
• Bank sistemində iş təcrübəsinin (ən azı 1 il) olması arzuolunandır.
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.
• Məsuliyyətlilik.
• Ünsiyyət bacarığı

Vəzifə öhdəlikləri:

• Verilmiş tapşırığa uyğun olaraq kart prosessinq sistem modullarının sazlanması;
• Kart prosessinq sistem modullarında testləşdirmə işlərinin aparılması.

Müraciət etmək istəyənlər CV formalarını Unibank2@unibank.az  elektron ünvanına göndərə bilərlər.

Telefon: (012) 498 22 44

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274