VAKANSİYA

“DəmirBank” işçi axtarır - VAKANSİYA
21 İYUL
2017

“DəmirBank” işçi axtarır - VAKANSİYA

2016-07-21 22:00:00

“DəmirBank” kredit eksperti vəzifəsinə işə qəbul elan edir.Bankdan fins.az-a verilən məlumata görə,  ali və ya orta-ixtisas təhsilli məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığı olan xanım namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 17-dir.

Namizədə dair tələblər:

• Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
• Analitik təhlil qabiliyyətinə malik olmaq;
• Satış qabiliyyətinə malik olmaq;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

İş haqqında məlumat:

 Bankın kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
• Biznes təhlilini aparmaq;
• Birbaşa marketinq funksiyasını həyata keçirmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
• Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
• Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
• Fəaliyyətinə dair hesabatlar vermək.

Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Tel: (994 12) 444 71 30
Faks: (994 12) 496 09 77
E-mail: info@demirbank.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272