VAKANSİYA

“Azersun Holding” işçi axtarır - VAKANSİYA
21 İYUL
3143

“Azersun Holding” işçi axtarır - VAKANSİYA

2016-07-21 21:00:00

 “Azersun Holding” “Bakı Qida və Yağ Fabriki”nə (Sumqayıt şəhəri) texniki mühəndis vəzifəsinə işçi axtarır.Fins.az-ın məlumatına görə, ali təhsilli, istehsalat sahəsində (texniki sahədə)  3-5 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 19-dur.   

 Namizədə dair tələblər:

• Texniki universitet məzunu (Mexanika, Qida mühəndisi, Makina mühəndisi ixtisasları)
• İstehsalat sahəsində (texniki sahədə)  3-5 il iş təcrübəsi 
• İngilis dili, Rus dili yüksək səviyyədə bilməli 
• Texnoloji proseslərin aparılması qaydasını bilməli 
• İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli 
• İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı 
• PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli 
• Texniki təhlükəsizlik qaydalarını bilməli

İşin təsviri:

• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir. 
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahl tutulmasında iştirak edir. 
• Bütün təmir işlərini avadanlıqların texniki passportunda qeyd edilən normativlərə əsasən həyata keçirir, normativdən kənara çıxmamaq üçün lazım gələrsə, avadanlığa dair internet resusrlarından istifadə edərək, təmir işlərini müasir standartlar əsasında qurur. 
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir. 
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir. 
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Texniki mühəndis”) qeyd olunmalıdır) göndərə bilərlər və yawww.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər. 

Ünvan : Heydər Əliyev prospekti 92a Bakı, Azərbaycan, AZ1029

Telefon nömrəsi : (+99412) 4041905

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272