VAKANSİYA

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA
20 İYUL
1980

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

2016-07-20 21:00:00

“PAŞA Sığorta”  şirkəti maliyyə departamentində korporativ maliyyə şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Fins.az-ın məlumatına görə, maliyyə/iqtisadiyyat istiqamətləri üzrə ali təhsilli (xarici təhsili olanlara üstünlük verilir), maliyyə sahəsində minimum 3 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 30-dur.

Əsas öhdəliklər

• Hesabatlılıq prosesinin düzgün işləməsini təmin etmək;
• Büdcə planlaşdırılması və nəzarəti işlərini aparmaq və təkmilləşdirmək;
• Məhsullar, maliyyə nəticələri, sığorta bazarı haqqında və digər maliyyə təhlilləri  aparmaq və təkliflər vermək;
• Tabeliyində olan komandanın peşəkar inkişafını təmin etmək;
• Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və maliyyə hesabatlarının beynəlxalq standartlarına cavab verən şəkildə icra etmək;
• Daxili hesabat sisteminin inkişaf prosesinə töhfə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;

Tələb olunan biliklər və bacarıqlar

• Maliyyə/İqtisadiyyat istiqamətləri üzrə ali təhsil (xarici təhsili olanlara üstünlük verilir);
• Maliyyə sahəsində minimum 3 illik iş təcrübəsi; 
• MHBS bilikləri;      
• Microsoft (MS) Office proqramları, Excel və analoji proqramların mükəmməl bilik səviyyəsi; 
• Maliyyə modellərinin qurulması təcrübəsi;
• Yaxşı səviyyədə azərbaycan və ingilis dilı biliyi; 
• Analitik təhlillər aparma bacarığı;
• Təqdimat bacarığı;
• Təşəbbüskarlıq;
• Liderlik keyfiyyətləri. 

Vakansiya üzrə son müraciət tarixi: 30 iyul 2016-ci il

Müracit edənlər vəzifəni “subject” sətirində qeyd edərək  CV-lərini recruitment@pasha-insurance.az elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275