VAKANSİYA

“VTB Bank Azərbaycan” işçilər axtarır - VAKANSİYA
16 İYUL
2731

“VTB Bank Azərbaycan” işçilər axtarır - VAKANSİYA

2016-07-16 22:00:00

“VTB Bank Azərbaycan” müxtəlif vəzifələr üzrə işçilər axtarır.  Bu barədə fins.az banka istinadən məlumat verir. Siyahı belədir:

Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə hesabatlıq şöbəsinə müdir/aparıcı mütəxəssis

Tələblər:

·       Mühasibatlıq, Maliyyə, Biznes və ya İqtisadiyyat sahələri üzrə ali təhsil;

·      Audit sahəsində 3 illik və daha artıq iş təcrübəsi (audit və konsaltinq xidmətləri təklif edən “Böyük dördlük” şirkətlərində bank sektorunun riskə məruz qalması sahəsi üzrə təcrübə arzu olunandır);

·      BMHS üzrə lazımı bilik və anlayışlar əsasdır;

·       ACCA/CIMA/CFA təlimləri üzrə natamam ixtisaslı şəxslərə/tələbələrə üstünlük verilir;

·      Azərbaycan, rus və ingilis dillərini səlis bilmək;

·      Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.

Əsas vəzifələr və öhdəliklər:

·      BMHS-ə uyğun olaraq rüblük, yarım illik və illik mühasibat hesabatlarının hazırlanması;

·      Kənar auditorlarla koordinasiya, sorğuların işlənməsi və məlumatların təqdim olunmasının təmin olunması;

·      Əsas müddəaları təhlil etməklə, BHMS hesabatlarının İdarə Heyətinə təqdim edilməsi;

·      Düzəlişlərin hesablanması və tələb olunan şərhlərlə transformasiya faylının hazırlanması;

·      Banka vaxtı-vaxtında və yüksək keyfiyyətli hesabatların verilməsinin təmin olunması üçün bankda BHMS hesabatı proseslərinin mütəmadi qaydada qiymətləndirilməsi;

·      Maliyyə hesabatlığı komandasının auditlə bağlı suallarının vaxtında cavablandırılması;

·      Bankdaxili formatlara uyğun olaraq BHMS-nin tətbiqi prosesində və idarəetmə hesabatlarının hazırlanmasında dəstəyin təmin edilməsi

 Tələblərə uyğun namizədlər şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

***

Tətbiqi sistemlərin idarə edilməsi şöbəsinin mütəxəssisi 

Namizədə dair tələblər:

·       Ali texniki təhsil;

·        profil üzrə ən azı 1 illik iş təcrübəsi;

·        məlumat bazasının qurulması nəzəriyyəsinin əsasları ilə tanışlıq, HD Oracle inzibatçılığı sahəsində təcrübə;

·        SQL. PL/SQL üzrə biliklər, XML ilə işləmək bacarığı;

·        Proqramlaşdırma dillərindən istifadədə praktiki təcrübə;

·        rus və Azərbaycan dillərini mükəmməl bilmək (ingilis dili bilənlərə üstünlük veriləcək);

·        sistemli təfəkkür, analitik qabiliyyət, müxtəlif həcmli məlumatları strukturlaşdırmaq və təhlil etmək bacarığı;

·        Nəticəyə istiqamətlənmək, yüksək iş qabiliyyəti, operativlik və komandada işləmək bacarığı.

Vəzifələri:

·        internet bankinq sisteminin, həmçinin avtomatlaşdırılmış bank sisteminin (ABS) funksionalına dəstək;

·        ABS-in müxtəlif funksiyalarına daxil olmaların, həmçinin ABS-in fəaliyyət göstərməsi və onun digər proqram kompleksləri ilə inteqrasiyası sahəsində məlumatlara giriş, saxlanılması, emalı və verilməsinin proqram vasitələrinin inzibatçılığı;

·        ABS-in cari funksionalında tələb olunan tamamlamaların icra olunması;

·        ödəniş sistemlərinin tətbiqi və inzibatçılığı, PT-in tətbiqi və daimi istismarı prosesində ödəniş sistemlərini hazırlayanlarla proqram-texniki əlaqə, Bankda ödəniş sistemlərinin növbəti yenilənmələrinin həyata keçirilməsi;

·        PT-ın sınaqdan keçirilməsi və istifadəçilərin təlimi.

Tələblərə uyğun namizədlər şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

***

Layihələrin İdarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi (İT)

 Namizədə dair tələblər:

·        Ali texniki təhsil;

·        profili üzrə ən azı 1 illik iş təcrübəsi;

·        proqramlaşdırmadan (Java, C#) istifadə təcrübəsi, XML (xsd, xpath, wsdl), SOAP ilə iş təcrübəsi;

·        Layihələrin idarə olunması metodologiyasının (PMI, PRINCE2), həmçinin proqram təminatının hazırlanma tsiklini anlamaq;

·        Maliyyə institutlarında biznes proseslərin avtomatlaşdırılması sahəsində praktiki təcrübə,  prezentasiyaları keçirilmə bacarığı;

·        MS SharePoint hazırlanması/inzibatçılığı sahəsində, həmçinin  Tomcat, JBOSS, MS IIS əlavə serverləri ilə iş təcrübəsi;

·        rus və Azərbaycan dillərini mükəmməl bilmək (ingilis dili bilənlərə üstünlük veriləcək);

·        sistemli təfəkkür, analitik qabiliyyət, müxtəlif həcmli məlumatları strukturlaşdırmaq və təhlil etmək bacarığı;

·        Nəticəyə istiqamətlənmək, yüksək iş qabiliyyəti, operativlik və komandada işləmək bacarığı.

Vəzifələri:

·        İT sistemlərinə texniki və biznes tələblərinin aşkar olunması və təhlili;

·        müxtəlif İT sistemlərinin tətbiqi layihələrinin idarə olunması, həmçinin bu layihələr üzrə müxtəlif hesabatların hazırlanması;

·        Sistemlərin konfiqurasiyasına dəyişikliklər edilməsi, qarşıya vəzifələrin qoyulmasında iştirak və texniki tapşırığın hazırlanması;

·        biznes/ funksional tələblərdən kənaraçıxmaların aşkar olunması üçün funksionalın sınaqdan keçirilməsinə hazırlıq;

·        sistemlərin işlənib hazırlanması zamanı risklərin və xətaların yaranma səbəblərinin təhlili;

·        Biznes-proseslərin tətbiqi və optimallaşdırılmasında Bankın bütün struktur bölmələri ilə koordinasiya, istifadəçilərin təlimi.

Tələblərə uyğun namizədlər şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

***

Hüquqşünas / Məhkəmə-hüquq işi şöbəsinin mütəxəssisi

Tələblər:

·        hüquq sahəsində ali təhsil;

·        ixtisas üzrə ən azı 3 illik iş təcrübəsi;

·        iddia ərizələrinin hazırlanması, apellyasiya, kassasiya şikayətlərini tərtib etmək təcrübəsi;

·        məhkəmələrdə maraqların təmsil edilməsi üzrə təcrübə;

·        Azərbaycan Respublikasının maddi və prosessual hüququ sahəsində biliklər  (xüsusi ilə MM, MPM, İPM);

·        MS Office (Word) proqramında sərbəst işləmək bacarığı;

·        Dillər: Azərbaycan dilini mükəmməl bilmək (rus dilini bilənlərə üstünlük veriləcək);

·        son nəticəyə istiqamətlənmə, yüksək iş qabiliyyəti, operativlik və komandada işləmək bacarığı.

Vəzifələri:

·        məhkəmə-hüquq işinin aparılması, məhkəmələrdə Bankı təmsil etmək;

·        iddia ərizələrinin, vəsatətlərin, etirazların, apellyasiya, kassasiya şikayətlərinin və s. tərtib edilməsi;

·        hüquq-mühafizə orqanları ilə əməkdaşlıq;

·        məhkəmələrdə, məhkəmə proseslərinin hüquqi  təminatının həyata keçirilməsi;

·        məhkəmə instansiyalarına təqdim edilən işlərlə bağlı məsələlər üzrə hüquqi rəyin hazırlanması;

·        kənar hüquq məsləhətçiləri ilə əlaqənin təşkili.

CV hr@vtb.az  elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını göstərməklə göndərilməlidir).

***

  •          Risklərin analizi, metodologiyası və hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi/mütəxəssisi 

Tələblər:

·         İqtisadiyyat və maliyyə sahəsində ali təhsil;

·         Bank sektorunda risk-menecment və ya kredit təhlili sahəsində iş təcrübəsi (ən azı 1 il);

·         Təhlil etmə bacarığı, geniş məlumat bazası ilə işləmək bacarığı;

·         Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları barədə biliklər;

·         Risk-menecment, bank kreditləşməsi, kredit və portfel təhlilinin  aparılması sahəsində biliklər;

·         Rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma bacarığı;

·         MS Office –Excel proqramını peşəkar səviyyədə bilmək, SQL-də işləmə bacarığı;

·         Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı.

Vəzifələri:

·         Bankın kredit portfelinin konsolidasiya olunmuş təhlili (əsas göstəricilərin dəyişmə  dinamikası);

·         Üstünlük təşkil edən risk amillərinin aşkara çıxarılması, risklərin minimallaşdırılması üzrə rəy və təkliflərin formalaşdırılması;

·         Risk menecmenti üzrə modellərinin hazırlanması və təkmilləşdirilməsi;

·         Qanuna uyğunluqların aşkar edilməsi, normativ və indikatorların müəyyən edilməsi məqsədi ilə statistikanın təhlili;

·         Göstərici və indikatorun normativlərdən kənara çıxmalarının səbəblərinin müəyyənləşdirilməsi və mövcud sistem və ya modelin təkminləşdirilməsi haqqında təkliflərin irəli sürülməsi;

·         Göstəricilərin proqnozlaşdırılması və hesabatların aparılması.

Tələblərə uyğun namizədlər şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

***

  •          Problemli kreditlər şöbəsinin mütəxəssisi

Tələblər:

·         İqtisadiyyat və maliyyə sahəsi üzrə ali təhsil;

·         Bank sektorunda kreditləşmə və problemli borcun qaytarılması üzrə iş təcrübəsi (azı 1 il);

·         Analitik bacarıqlar, geniş məlumat bazası ilə işləmək bacarığı;

·         Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları ilə tanışlıq;

·         Risk-menecment, bank kreditləşməsi, kredit portfelinin təhlili sahəsində biliklər;

·         rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma aparma bacarığı;

·         MS Office – Excel yüksək səviyyədə bilmək;

·         Məsuliyyətlilik, operativlik, stressə dözümlülük;

Vəzifələri:

·         Bankın müştərilərinin gecikdirilmiş borclarının tutulması üzrə tədbirlərin təşkili və həyata keçirilməsi;

·         kredit müqaviləsinin şərtlərinə riayət etməyən müştərilərlə danışıqların aparılması;

·         Məlumat bazası ilə işləmək, hesabatlıq və sənəd dövriyyəsinin aparılması;

·         Gecikdirilmiş borcun yaranma səbəblərinin aşkar edilməsi;

·         Borclularla gecikdirilmiş ödənişlər, borclar və tutmanın müddətləri haqqında məlumatlandırılması;

·         Bankın müştəriləri haqqında məlumatların, həmçinin kənar mənbələrdən daxil olan əlavə məlumatların təhlili;

·         Borclularla (onların nümayəndələri ilə) şəxsi görüşmələr və danışıqlar aparılması;

·         Problemli borcların tənzimlənməsi sahəsində filialların işinin sistemli koordinasiyası və monitorinqinin təmin edilməsi;

·         İş prosesində olan kredit riskli məsullar üzrə problemli və potensial problemli borc portfellərinin uçotu və təhlili;

·         Problemli kreditlər üzrə borcun toplanmasının səmərəliyinin qiymətləndirilməsi üzrə hesabatlıq formalarının hazırlanması;

·         Borcun məhkəməyəqədərki qaydada tələb olunmasının həyata keçirilməsinin, kredit riskli məsullar üzrə problemli və potensial problemli borcun yıxılmasının təşkili.

CV hr@vtb.az  elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını göstərməklə göndərilməlidir)

***

  •          Mühasibatlığın rəisi

Tələblər:

·         iqtisadiyyat və maliyyə sahəsində ali təhsil;

·         Mərkəzi Bankdan attestasiyanın  nəticəsinin olması zəruridir;

·         rəhbər vəzifədə azı 3 illik iş təcrübəsi;

·         Analitik bacarıqlar, geniş məlumat bazası ilə işləmək bacarığı;

·         Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları və qanunu ilə tanışlıq;

·         mülki hüquq, maliyyə, vergi və təsərrüfat qanunvericiliyi sahəsində biliklər;

·         kommunikasiya və rabitənin müasir texniki vasitələrindən, kompüterlərdən istifadə etməklə məlumatları işləmə bacarığı;

·         rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma aparma bacarığı;

·         MS Office – Excel yüksək səviyyədə bilmək;

·         Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı.

Vəzifələri:

·         müəyyən olunmuş bank normalarına uyğun olaraq təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkili və maddi, əmək və maliyyə ehtiyatlarından qənaətli istifadəyə nəzarət;

·         daxil olan pul vəsaitlərinin və digər qiymətlilərin uçotu, Bankın maliyyə fəaliyyətinin xərclər smetasının icrası;

·         əməkdaşların əmək haqqının vaxtlı-vaxtında hesablanması, qüvvədə olan qanunvericilik çərçivəsində marağı olan təşkilatlara və orqanlara ödəmələrin düzgün hesablanması və köçürülməsi;

·         mühasibat hesabatlığının tərtib olunmasının və vaxtlı-vaxtında müvafiq orqanlara müəyyən olunmuş qaydada təqdim olunmasına nəzarət;

·         mühasibat uçotu və nəzarətinin mütərəqqi formalarının tətbiqi;

·         Banka zərər vurulması, maliyyə, vergi və təsərrüfat qanunvericiliyinin pozulması  hallarının qarşısının alınması;

·         mühasibat uçotu, nəzarəti, hesabatlığı və iqtisadi təhlil məsələləri üzrə Bankın struktur bölmələrinə metodik yardımın təşkili.

CV hr@vtb.az  elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını göstərməklə göndərilməlidir)

***

  •          Pulların yuyulması/terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin müdiri

Tələblər:

·         hüquq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;

·         Bankda PY/TMM sahəsində iş təcrübəsi (azı 3 il);

·         Azı 3 illik rəhbər vəzifədə iş təcrübəsi arzu olunandır;

·         Analitik bacarıqlar, geniş məlumat bazası ilə işləmək bacarığı;

·         Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu ilə tanışlıq;

·         Risk-menecment, bank kreditləşməsi sahəsində biliklər;

·         rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma aparma bacarığı;

·         MS Office – Excel yüksək səviyyədə bilmək;

·         Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı.

Vəzifələri:

·         Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) məqsədi ilə xüsusi daxili nəzarət proqramlarının reallaşdırılması;

·         məlumatın sənədləşdirilməsi, materialların təhlili və ümumiləşdirilməsi ilə bağlı informasiya-texniki işlərin icrası;

·         pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədi ilə daxili nəzarətin həyata keçirilməsi üzrə Bankın struktur bölmələri və filiallarında monitorinqin aparılması;

·         həyata keçirilən əməliyyatlar və əqdlərin iştirakçılarının yoxlanılması, şübhəli əməliyyatların aşkar olunması, əməliyyatların dayandırılması və onların həyata keçirilməsindən imtina daxil olmaqla cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) üzrə Bankın struktur bölmələri və filiallarının işinin təşkili və ona nəzarət;

·         cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması) və ya terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə həyata keçirilməsinə şübhə olan  əməliyyatlar barədə Bankın struktur bölmələri və filiallarından daxil olan məlumatların təhlili;

·         PY/TMM məqsədi ilə xüsusi daxili nəzarətin həyata keçirilməsi məsələləri üzrə Bankın əməkdaşlarına təlimlərin keçirilməsi;

·         pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) məsələləri üzrə Bankın işçilərinin bilik və praktiki bacarıqlarının ilkin, planlı və plandan kənar qaydada yoxlanmasının həyata keçirilməsi;

·         pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri üzrə nəzarətedici orqanların sorğularına əsasən  məlumatların və informasiya materialların hazırlanması.

Tələblərə uyğun namizədlər şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272